Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yoxsa, cənab Putin “əhmədlərin hamısını” çağırıb ki, məsələni biryolluq həll etsin..? - NƏ BAŞ VERİR?

16-10-2021, 10:06

Yoxsa, cənab Putin “əhmədlərin hamısını” çağırıb ki, məsələni biryolluq həll etsin..? - NƏ BAŞ VERİR?
DogruXeber.az : - Həftənin əvvəli Ermənistanın siyasi, hərbi, dini rəhbərlərinin Moskva görüşlərində bu heyətlə aparılan söhbətin, daha doğrusu Kremlin təlimatlarının nə olduğu maraq yaratmaqla yanaşı.., suallar da doğrurdu: Hamını birdən çağırmaqla Moskva nəyə hazırlıq görür?

Bu suallar ətrafında düşünərkən məlum olur ki, separatçı rejimin qondarma xarici işlər naziri David Babayan da oktyabrın 6-dan 15-nə kimi Rusiya çöllərində “işgüzar səfərdə” olub. David Babayanın Moskvadan başlayan səfəri Vladimir vilayətinə, Pyatiqorsk və Soçiyə qədər uzanıb.

Qondarma nazir Rusiyanın erməni icmasının nümayəndələri, Qarabağ köçkünləri, Erməni Apostol Kilsəsinin nümayəndələri ilə görüşüb. Bu tip görüşlər daha çox pul toplama məqsədi güdsə də, məsələnin başqa tərəfi həm də İrəvan rəsmiləri ilə separatçı rejim nümayəndəsinin eyni vaxtda Rusiyada səfərdə olmasının əlaqəli olmasına yaranan şübhələrdir. Yoxsa, cənab Putin “əhmədlərin hamısını” çağırıb ki, məsələni biryolluq həll etsin?

Hər halda səsi tezliklə çıxar bu səfərlərin, amma David Babayan Xankəndinə çatan kimi sərt bəyanatlar verib. Kim ki, güman edir ki, Moskva bu dəfə erməniləri sülh üçün hazırlayıb yola salıb, yumşaq desək xəta edir. Babayan deyir ki, “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq, geriyə qayıdış planımızda mövcud deyil”.

“Nənəcan, al, bu da sənin Yuryev günün” məşhur məsəlində olduğu kimi, bu da bizim “sülh epoxası”nın başlanğıcı. Sonra nələr olacaq?!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram