Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Azərbaycanın Qarabağda anti-terror əməliyyatı keçirməyə haqqı var” - deputat

16-10-2021, 10:33

“Azərbaycanın Qarabağda anti-terror əməliyyatı keçirməyə haqqı var” - deputat
DogruXeber.az : - Ermənistanın təxribatlarına Azərbaycan sərt reaksiya verməlidir və belə reaksiyalar verilir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan prezidenti dəfələrlə Ermənistana konkret suallarla müraciət edib və bu ölkənin rəhbərliyi dəqiq qərar verməlidir:

“Sülh istəyirlərsə sülhə, müharibə istəyirlərsə Azərbaycan müharibəyə hazırdır. Amma Ermənistanın humanitar karvana atəş açması, snayperlə əsgərimizi öldürməsi onların vəhşiliyinin və sülh istəməməsinin növbəti təzahürüdür. Hesab edirəm ki, burada xarici faktorların da rolu var. Ermənistanın indiyə kimi cəzasız qalması, əməllərinə hüquqi qiymət verilməməsi, onların eyni əməlləri təkrar törətməsinə şərait yaradır. Ermənistan belə təxribatlar törədərsə, Azərbaycanın anti-terror əməliyyatı keçirməyə haqqı var”.

Deputat qeyd edib ki, qanunsuz erməni silahlı dəstələri Qarabağdan çıxarılmalıdır: “Təəssüf ki, onlar bu günə kimi Qarabağdan çıxarılmayıb. Rusiya, eləcə də Ermənistan təcili qərar verməlidir. Ya Rusiyanın vasitəçiliyi ilə Ermənistan silahlı dəstələrini Qarabağdan çıxarılmalı, ya da Rusiya və Türkiyə buna reaksiya verməsə Azərbaycan özü aktiv tədbirlərə başlayıb cinayətkarları cəzalandırmalıdır. Ermənistan bilməlidir ki, bütün məsələlərə görə cavab verməli olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram