Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Batumidə bina uçqununda günahlandırılan AZƏRBAYCANLI kimdir və indi o, haradadır?

16-10-2021, 13:07

Batumidə bina uçqununda günahlandırılan AZƏRBAYCANLI kimdir və indi o, haradadır?

DogruXeber.az: - Oktyabrın 9-da Gürcüstanın Batumi şəhərinin 26 may küçəsində yerləşən beşmərtəbəli yaşayış binanın çökməsi və 9 nəfərin ölümü ilə nəticələnən hadisə haqqında başladılan cinayət işi üzrə istintaq davam edir.

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Strateji Əlaqələr Departamentinin direktoru Ketevan Kovziaşvili bildirib.

O, “Binanın çökməsində həqiqətənmi Batumidə yaşayan azərbaycanlı vətəndaşı günahkardır?” sualına cavab olaraq bildirib ki, bu barədə heç bir məlumat verə bilməz. Çünki hazırda istintaq gedir.

Xatırladaq ki, Gürcüstanın “Mtavari arxi” telekanalı Batumidə çökən binaya görə saxlanılan üç şəxsdən biri Zaur Budaqov adlı Azərbaycan vətəndaşı olduğu haqqında məlumat yayıb.

Məlumatda Z.Budaqovun həmin binadakı mənzilində aparılan təmir-bərpa işlərində təhlükəsizlik qaydalarının kobud şəkildə pozduğu qeyd olunub. Onun mənzil və zirzəminin birləşdirilməsi xahişi ilə oktyabrın 4-də Dövlət Reyestrinə müraciət etdiyi məlum olub.

Bina çökməsi zamanı xəsarət alanların vəziyyəti barədə məlumat almaq üçün Acara Səhiyyə naziri, Nino Nijaradze ilə əlaqə saxlasaq da o suallarımızı cavabsız qoyub.

Qeyd edək ki, oktyabrın 9-da binanın çökən tərəfində 18 ailə yaşayırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram