Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

1-ci sinif şagirdi koronavirusdan öldü - Bakıda ŞOK HADİSƏ

16-10-2021, 13:42

1-ci sinif şagirdi koronavirusdan öldü - Bakıda ŞOK HADİSƏ

DogruXeber.az: - Bakıda 1-ci sinifdə oxuyan 6 yaşlı uşaq koronavirusdan ölüb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmin məktəbin direktor əvəzedicisi Publika.az-a bildirib ki, şagird sentyabrın 22-dən 29-dək dərslərdə iştirak edib: "Daha sonra uşağın anası məktəblə əlaqə saxlayaraq övladının COVID-19 virusuna yoluxduğunu və müalicə edildiyini bildirib. Lakin məktəbə xəstəliklə bağlı hələ də sənəd və ya digər rəsmi məlumat təqdim edilməyib. Azyaşlının nənəsi isə nəvəsində digər yan xəstəliyin olduğunu və bu səbəbdən də səhhətinin ağırlaşaraq vəfat etdiyini bildirib. O da məlum olub ki, azyaşlının ailə üzvlərinin hamısı sentyabrın sonlarında koronavirusa yoluxub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram