Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yaponiya-Rusiya münasibətləri: - Gərginlik durmadan artır

16-10-2021, 14:30

Yaponiya-Rusiya münasibətləri: - Gərginlik durmadan artır

DogruXeber.az: - Yaponiyada hakimiyyətə gələn Fumio Kisida Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olub. Yeni baş nazir Kuril adalarının 4-nün ölkəyə qaytarılmasını Kreml qarşısında ciddi tələb kimi qoyur. Rusiya buna görə çox qəzəblidir. Şimal dövləti Kisidaya cavab olaraq Yapon dənizində raket təlimlərinə başlayıb. Rusiya bu yolla Yaponiyaya hədə-qorxu gəlməyə çalışır.
Bizimyol.info xəbər verir ki, Kisida parlamentdəki debatlarda ölkənin suverenliyindən danışanda Cənubi Kuril ərazisini unutmaq lazım gəlmədiyini deyib. Onun sözlərinə görə, problemi gələn nəsillərə saxlamaq olmaz. Kisida şimal ərazilərinin geri qaytarılmalı olunduğunu bildirib. Yaponiyada Cənubi Kurili məhz belə adlandırırlar.

Asiya ölkəsinin əvvəlki baş naziri Sindzo Abe belə qətiyyətlə danışmırdı. O, ifadələri ehtiyatla seçirdi. Abe Kurili unutmurdu. Sadəcə, keçmiş baş nazir yalnız iki adanın adını çəkirdi. Amma Abe həmin iddianı da aşağı tonda səsləndirirdi. Buna görə də Rusiya illərlə Yaponiyanın mövqeyini ciddiyə almırdı.

İndi vəziyyət dəyişib. Kisida çox inamlı təsir bağışlayır. Yeni hökumət rəhbəri Rusiya ilə münasibətlərin korlanmasını vecinə almır. Hətta raket təlimləri də Kisidanın əhvalını korlamayıb.

Rusiya hesab edir ki, Cənubi Kuril öz ərazisidir. Kreml bu variantın qəbul ediləcəyi halda Yaponiya ilə sülh müqaviləsi bağlamağa hazırdır. Tokio da öz mövqeyində qalır. Yəni tərəflər güzəştə razı deyil.

Kisida o qədər inamlı danışır ki, sanki hərbi müdaxiləni də özü üçün qəbulolunan sayır. Həm Rusiya, həm də Çin mətbuatındakı yazılarda yeni baş nazirin ABŞ-a güvəndiyi xüsusi vurğulanır. Yaızlıb ki, Kisida baş naziri olan kimi hamıdan əvvəl ABŞ prezidenti Co Baydenə zəng vurub. Baydenin Yaponiyanın yanında olduğunu söylədiyi bildirilir. Rusiya və Çin mətbuatı yeni hökumət rəhbərinin məhz Vaşinqtona güvənərək inamlı danışdığına əmindir.

Vladimir Putin güzəştə getmək fikrini yaxına buraxmır. Kisida isə səlahiyyət müddəti ərzində problemi həll etməkdə israrlıdır. Rusiya inanır ki, ABŞ hərbi müdaxilə variantını qəbul etmir. Gərginlik sanki hər gün bir az da artır. Yaponiya-Rusiya münasibətləri son illərin ən ağır dövrünü yaşayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram