Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

MDB-nin son toplantısı və mühüm MESAJLAR – Putin nəyə işarə vurdu?

16-10-2021, 16:43

MDB-nin son toplantısı və mühüm MESAJLAR – Putin nəyə işarə vurdu?

DogruXeber.az: - Oktyabrın 15-də MDB ölkələrinin dövlət başçıları səviyyəsində iclası keçirilib. Üzv ölkə rəhbərlərinin qatıldığı videokonfrans bir sıra önəmli çıxışlarla yadda qalıb. Xüsusilə də, post-konflikt dönəmində Cənubi Qafqazla bağlı olan çıxışlarda mühüm mesajlar verilib.

Qeyd edək ki, ildə iki dəfə təşkil olunan MDB dövlət başçılarının iclası təşkilatın ən yüksək səviyyəli konfransı hesab olunur. Digər önəmli nüans isə, birliyin ilk yarandığı dövrlərə nisbətən öz nüfuzunu və təsir gücünü müəyyən qədər itirməsinə baxmayaraq, hər zaman mühüm açıqlamaların, eyni zamanda önəmli yeniliklərin üzv ölkələrə və dünyaya çatdırılmasında öz rolunu qoruyub saxlamasıdır.

Təsadüfi deyil ki, bu dəfə də birliyin dövlət başçıları səviyyəsində görüşündə əsas diqqət yetirilən məsələ Azərbaycan və Ermənistan arasındakı vəziyyət olub. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Baş naziri Nikol Paşinyanın, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin çıxışları xüsusilə vacib fikirləri özündə cəmləşdirib.

Əvvəla, Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin çıxışına nəzər salsaq, rəsmi Bakının siyasi maraqlarının açıq şəkildə diqqətə çatdırıldığını görə bilərik.

Xüsusilə də, ölkə başçısının 30 illik işğal dövründə Qarabağ ərazisindəki qeyri-qanuni fəaliyyətlərlə bağlı qeyd etdikləri ciddi siyasi mesaj kimi şərh oluna bilər. Ələxsus da, faktiki olaraq İranın Qarabağda Ermənistanla birlikdə narkotik qaçaqmalçılığı ilə məşğul olmasının açıq şəkildə diqqətə çatdırılmasını, rəsmi Tehrana cavab kimi qiymətləndirmək olar. Belə ki, bununla da son dönəmlər İranı Azərbaycana qarşı təhdid dili ilə danışmağa vadar edən ən önəmli səbəblərdən biri təkcə MDB ölkələrinin yox, bütün dünyanın diqqətinə çatdırılmış oldu.

Rusiya Prezidenti Vladimir Putinin də çıxışında Qarabağla bağlı fikirlər üstünlük təşkil edirdi.

Kreml rəhbəri daha çox Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı danışıb. Belə ki, Azərbaycandakı rus hərbçilərinin missiyalarını uğurla yerinə yetirməsini bir sıra faktlarla vurğulayan Putinin “hətta pis sülh belə, yaxşı müharibədən daha yaxşıdır” açıqlaması isə daha çox müzakirələrə səbəb olub.

Xüsusilə də, Putinin rus sülhməramlılarının fəaliyyəti ilə bağlı danışarkən “pis sülh” ifadəsini işlətməsi, Rusiya prezidentinin Cənubi Qafqazda hazırki vəziyyətdən olan narazılıqlardan xəbərdar olduğunun bariz nümunəsidir.

Eyni zamanda videokonfransdan bir gün əvvəl, Qarabağın rus sülhməramlıarının nəzarətində olan hissəsindəki erməni qanunsuz silahlı birləşmələrinin aktivləşməsi və hərbçimizin şəhid olması ilə nəticələnən təxribata əl atmasından Putinin xəbərsiz olması isə təbii ki, mümkünsüzdür. Belə olan halda isə, Kreml rəhbərinin bu açıqlamasını rus sülhməramlılarının fəaliyyətindəki müəyyən boşluqların etirafı kimi də qiymətləndirə bilərik.

Və Paşinyanın etirafı...

Ermənistan Baş nazirinin bölgədə kommunikasiya xətlərinin bərpası ilə bağlı verdiyi açıqlamalar isə, xüsusilə diqqət çəkib. Bundan əlavə Paşinyanın bu dəfəki fikirlərinin əvvəlkilərindən yerlə-göy qədər fərqlənməsi də qeyd olunmalıdır. Belə ki, Nikol Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların bərpa olunacağını açıq şəkildə qəbul edib. Xatırladaq ki, daha əvvəl “heç bir dəhliz ola bilməz”, “üçtərəfli bəyanatda Azərbaycanla-Naxçıvanı birləşdirən yol nəzərdə tutulmayıb” şəklində fikirlər səsləndirən Paşinyan axır ki, regionda yaranmış geosiyasi reallıqla barışdığını bəyan edib.

Ekspertlər bunu Moskav dərsləri ilə əlaqələndirsələr də, fakt odur ki, bunu Ermənistanın birinci şəxsi artıq öz dili ilə ifadə etdi.

Ümumilikdə isə, MDB dövlət başçılarının bu dəfəki iclasının Azərbaycan üçün uğurlu məcrada keçdiyini əminliklə qeyd edə bilərik. Xüsusilə də, yuxarıda qeyd etdiyimiz nüanslar, Rusiya və Ermənistan liderlərinin rəsmi Bakının maraqlarına uyğun çıxışlar etdiyinin əyani sübutudur. 10 noyabr tarixində imzalanan bəyanatın tərəflərinin eyni zamanda bir-birilərinə uyğun fikirlər səsləndirməsi isə, regionda həllini gözləyən məsələlərin ətrafında dialoqa yaxın perspektivdə start veriləcəyini proqnozlaşdırmağa imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram