Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ƏBƏDİYYƏT QAZANANLAR

16-10-2021, 19:56

ƏBƏDİYYƏT QAZANANLAR

Bu gün Zabrat qəsəbəsində yerləşən "Nuray" şadlıq sarayının böyük zalında Sabunçu Rayon İcra Hakimiyyətinin təşkil etdiyi şəhid Rüfət Arzu oğlu Eyvazlının anım günü keçirildi.Anım günü ilk olaraq dualar oxumaqla bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad edildi.
Şəhid Rüfət Arzu oğlu Eyvazlı 1994-cü ilin 16 sentyabrında Bakının Zabrat qəsəbəsində dünyaya göz açıb.Həmin rayonun 192 saylı tam orta məktəbin 1-ci sinifinə qədəm qoyan Rüfət 2-ci sinifdən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmaüllü Gimnaziyada təhsilini davam etdirir.Hələ uşaq yaşlarından idmanın futbol növünə maraq göstərən Rüfət,dəfələrlə rayon ərazisində keçirilən yarışlarda qalib gələrək,medallarla təltif edilir.
Hal-hazırda qazandığı medallar şəhidimizin anası Məlahət ana tərəfindən 1-sinifə ilk qədəm qoyduğu və indi adını daşıdığı 1-cilərə xatirə olaraq təhvil verilib.44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılan Azərbaycan Ordusunun əsgəri Füzuli,Xocavənd və Hadrutun rayonunun azad olunmasında sücaət göstərərək vuruşur.15 oktyabr 2020-ci ildə Hadrutun müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhadətə qovuşur.
Vətən sevgisini canından üstün bilən 26 yaşlı qısa,lakin şərəfli şərəfli ömür yolu keçərək, müqəddəs şəhid adını daşıyan Rüfət Eyvazlı Zabrat məzarlığında yeddi şəhid silahdaşlarıyla cərgə-cərgəyə torpağa tapşırılıb.
Tədbirdə Sabunçu RİH-nin birinci müavini Güloğlan Məmmədov,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili üzrə sədri Fəqan Əlizadə,Zabrat bələdiyyə sədri Nailə Nəsirova,İNK-nın Abşeron rayonu üzrə sədri Nəzakət Kərimova,yaxından-uzaqdan gələn şəhid anaları,şəhidlərimizin yaxın silahdaşları olan qazilər,həmçinin qohum-əqrəbalar iştirak edirdilər.Onlar hər biri ayrı-ayrılıqda mənfur düşmənin qarşısında inamla dayanıb,Vətənimizin,torpaqlarımızın işğaldan azad olunması üçün gedən qızğın döyüşlərdə ölümün gözünə dik baxaraq, son damla qanlarıyla vuruşub canlarından keçmiş qəhrəman şəhidlərimiz qəhrəmanlıqlarından qürurla çıxış etdilər.
Anım günündə verilən ehsandan sonra birbaşa Zabrat qəbirsanlığında uyuyan yeddi şəhid qardaş - silahdaşlarıyla birgə uyuyan Rüfət Eyvazlının məzarı önünə əklil və tər qərənfillər düzülərək,müqəddəs ruhlarına dualar oxundu.
Ruhunuz şad olsun,Vətən aşiqləri!
Rəsmiyyə Heybətağaqızı

ƏBƏDİYYƏT QAZANANLAR

ƏBƏDİYYƏT QAZANANLAR

ƏBƏDİYYƏT QAZANANLAR

ƏBƏDİYYƏT QAZANANLAR

ƏBƏDİYYƏT QAZANANLAR

ƏBƏDİYYƏT QAZANANLAR

ƏBƏDİYYƏT QAZANANLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram