Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Evi yanan şəhid anası çöllərdə qalıb... - “İcra başçısı başından edir”

18-10-2021, 12:34

Evi yanan şəhid anası çöllərdə qalıb... - “İcra başçısı başından edir”

DogruXeber.az: - “30 may 2021-ci il tarixdə elektrik qısaqapanmasından evimiz alışaraq içindəki əşyaları ilə birlikdə tamamilə yanaraq, külə döndü. Həmin gündən bəri mən çöllərdə qalmışam”.
Bu sözləri Göyçay rayonu İnçə kənd sakini, şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı Bizimyol.info-ya bildirib. Onun sözlərinə görə, dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olub, lakin heç bir tədbir görülməyib.

“Övladım Abdulxalıqov Teymur Cayəddin oğlu 07 yanvar 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oğlub.

Heç bir yerdən köməyim olmasada bir ümüdüm odur ki, dövlətimiz şəhid ailələrinə pulsuz mənzil verir və ya inşa edir. Mən də həmin mənzilin növbəsinə uzun illər əvvəl qeydiyyata alınmışam. Ancaq hələdə növbəmin çatmamasını əsas gətirib mənə mənzil verməyiblər. Evimizin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədən kənar yeni mənzilin verilməsi və ya inşa edilməsi üçün dəfələrlə Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olsamda hər dəfə “get növbəni gözlə” deyərək məni başından edib.

Vicdanı qeyrəti olan hər bir kəs başa düşər ki, mənim evim yanaraq külə dönüb və çöllərdə qalmışam və 80 yaşım var. Bunu başa düşüb nəzərə almaq lazımdır. Ancaq Göyçayın icra başçısı Mehdi Səlimzadə bunu başa düşmür”.

Məsələ ilə bağlı Göyçay Rayonu İcra Hakimiyyətindən Bizimyol.info-ya açıqlama verilərək bildirilib ki, yeni mənzillər tikildiyi halda şəhid anası mənzillə təmin olunacaq.

“Abdulxalıqova Solmaz Heydər qızı rayon icra başçısı tərəfindən qəbul olunub. Həmçinin gözəştli mənzil uçotuna alınıb.

Hazırda yeni bina tikilməyib. Tikildiyi halda mənzillə təmin olunacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram