Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan İranın Avropaya narkoticarət yolunu bağlayıb - FAKT BUDUR!

18-10-2021, 12:36

Azərbaycan İranın Avropaya narkoticarət yolunu bağlayıb - FAKT BUDUR!

DogruXeber.az: - MDB Dövlət Başçıları Şurasının iclası bir sıra istiqamətlər baxımından əhəmiyyətlidir. Həmin görüşdə MDB-yə üzv dövlətlərin dövlət və hökumət başçıları həm də yaxın perspektiv üçün fəaliyyətlərinin mesajını verirlər.

Videokonfrans formatında baş tutan görüşdə Azərbaycan lideri İlham Əliyevin işğaldan azad edilən ərazilərimizdən uzun illər narkoticarət məqsədilə istifadə edilməsini deməsi və bunu konkret faktlarla göstərməsi diqqətdən qaça bilməz.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafikin qarşısını alıb.

Dövlət başçısı İlham Əliyevin “cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu göstərir ki, 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib”,- fikri isə heç bir halda gözardı edilməməlidir. Çünki ərazilərimiz hələ işğal altında olan illərdə Azərbaycan həmin ərazilərdən narkotrafik və terrorçu düşərgələr üçün istifadə olunduğunu dəfələrlə bəyan edib.

Prezident məlum çıxışı ilə həm də mesaj verir ki, artıq Azərbaycan ərazisindən belə məqsədlər üçün istifadə etməyə imkan verilməyəcək, bu kimi hallara qarşı dövlət qətiyyətli mövqe ortaya qoyacaq.

Hərbi ekspert Azad İsazadə Reyting.az-a deyib ki, hələ ərazilərimiz erməni işğalı altında olan zaman bu ərazilərdən qaçaqmalçılıq məqsədilə istifadə olunmasına dair xəbərlər yayılırdı. Onun sözlərinə görə, rəsmi məlumatlar olmasa da, mətbuatda açıq yazılırdı ki, işğal edilən ərazilərdən narkotik ticarəti məqsədilə istifadə edirlər: “Hesab edirəm ki, bu məsələ artıq öz təsdiqini tapıb. Sözsüz ki, həmin kanallar qalmışdı, sadəcə, Azərbaycan həmin sərhəd ərazisini nəzarətinə götürdükdən sonra bu məqamı açıqlamaq imkanı oldu. Bir var biz ancaq quru sözlə ifadə edirdik ki, bu ərazilər bizim nəzarətimizdə olmadığı üçün bu məqsədlə istifadə edə bilərlər, bir də var indi bu, tam ortaya qoyulur”.

A. İsazadə əlavə edib ki, Azərbaycan prezidenti Əliyevin bu mesajı Ermənistana və İrana deyil, daha çox Avropaya və Qərb ölkələrinə ünvanlanıb: “Aydındır ki, əsasən Ermənistan ərazisindən istifadə etməklə narkotikləri Avropaya daşıyıblar. İndi bu imkan olmadığından Azərbaycandan istifadə etməklə Avropaya narkotik daşımağa cəhdlər olur. Cari dövrdə saxlanılan heroinin həcminin əvvəlki illə müqayisədə iki dəfə çox olması da bundan xəbər verir. Bu mənada mesaj Avropayadır. Yəni deyirik ki, belə kanallar olub, ancaq artıq biz bu yolları qapatmışıq”.

Hərbi ekspert sonda əlavə edib ki, dünyada narkotik ticarəti mərkəzləşdirilib, bu, böyük mafioz qrupların nəzarətindədir və onların da böyük təsir imkanları var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram