Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Mən özüm bilirəm ki, kiməm, nəçiyəm və nəyi bacarıram"

18-10-2021, 13:32

"Mən özüm bilirəm ki, kiməm, nəçiyəm və nəyi bacarıram"

DogruXeber.az: - Prezident İlham Əliyev ötən həftə Əməkdar artist Bəhram Bağırzadənin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Bağırzadə Bəhram Arif oğlu “Tərəqqi” medalı ilə təltif edildi.

Aktyorun “Tərəqqi” medalı alması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Bəziləri son zamanlar Bəhram Bağırzadənin ülgüc reklamı ilə yadda qaldığını iddia edərək onu bu medala layiq görmədilər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sənətçi haqqında deyilən tənqidlərə əhəmiyyət vermədiyini bildirib:

“Bilirsiniz, Stalinin yanında heç vaxt cangüdənlər olduğunu kimsə görməmişdi. Amma bu o demək deyil ki, onun ətrafında cangüdənlər olmayıb. O insanlar mənim fəaliyyətimi görməsələr də, mən öz işimi yaxşı görürəm. Mən mənim medal almağımı müzakirə edən insanlara qulaq asan deyiləm axı. Mən özüm bilirəm ki, kiməm, nəçiyəm və nəyi bacarıram. İşimi də görürəm. Dövlət də mənə o medalı elə-belə verməyib. Hər halda lazımlı biliblər ki, veriblər”.

Sənətçi müalicəsilə bağlı yaradıcılıqdan uzaqlaşdığını deyib:

“Məni hələ ki, planlarım müalicə olunmaqla bağlıdır. Koronavirusdan sonra insan illərlə özünə gələ bilmir. Mən də buna görə müalicə olunuram və yaradıcılıqdan uzaqlaşmışam. Amma yazarlıq fəaliyyətimi davam etdirirsəm, o öz yerində. Kitablarımı yazmağa davam edəcəyəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram