Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İran gərginliyə ordunu qatır - Baş Qərargah rəisi Moskvaya niyə gedib?

18-10-2021, 14:45

İran gərginliyə ordunu qatır - Baş Qərargah rəisi Moskvaya niyə gedib?

DogruXeber.az: - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Moskvaya rəsmi səfərə gədib.

Onun Rusiya müdafiə naziri Sergey Şoyqu və həmkarı Valeri Qerasimovla görüşü planlaşdırılıb. İran nümayəndə heyətinin səfəri dörd gün davam edəcək.

Qeyd edək ki, İran tərəfi təxribat xarakterli bəyanatlar və addımlarını davam etdirir. İran mövcud vəziyyətdə gərginliyə ordunu cəlb etməyə çalışır?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, görüşün əsas mövzusu Suriya və ABŞ-İsrail-Rusiya zirvəsi olacaq:

“Düşünürəm ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirinin Moskva səfəri təkcə Azərbaycanla bağlı məsələ deyil. Eyni zamanda, bu görüşdə Suriya mövzusu da gündəmdə olacaq. Həmçinin, yaxın zamanda ABŞ, İsrail və Rusiya təhlükəsizlik şuralarının sədrləri arasında görüş keçiriləcək. Heç şübhəsiz ki, bu zirvədə İranın nüvə məsələsi ciddi müzakirə predmetinə çevriləcək. Bu isə İranı narahat əsas edən problemlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, İran bu mövzuda Rusiyaya etibar etmir və onların ata biləcəyi addımlardan əmin deyil”.

Ekspert Suriya məsələsinin də əhəmiyyətini xüsusi vurğulayıb:
“Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan sonra Suriyadakı davranışlarının tamam fərqli müstəvidə olacağını bildirib. O işarə edir ki, Türkiyə Suriyanın şimalında PKK və bütün terrorçulara qarşı yeni bir hərəkat başlada bilər. Bu isə təbii ki, İranın narahatlığına səbəb olur. Həmçinin, İranın bu mövzuda danışa biləcəyi yeganə ölkə də məhz Rusiyadır. Hesab edirəm ki, Moskvadakı səfər Azərbaycan sərhədlərində baş verən hadisələrlə yanaşı, əsasən Suriya problemi və ABŞ-İsrail-Rusiya görüşü ilə əlaqəli olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram