Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Saatlıda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib

18-10-2021, 14:54

Saatlıda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib

DogruXeber.az: - Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu Anar Məmmədovun il mərasimi keçirilib.

Rayonun Mustafabəyli kəndində keçirilən mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Saatlı RPŞ-nin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə əklil qoyulub və ruhuna dualar oxunub. Daha sonra isə mərasimdə iştirak edənlər Vətən uğrunda canından keçən hərbi qulluqçunun şərəfli ömür yolundan danışaraq, əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.

Qeyd edək ki, Anar Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Saatlıda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib

Saatlıda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib

Saatlıda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib

Saatlıda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram