Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Müstəqil.az saytı 4 yaşını qeyd edir

18-10-2021, 16:17

Müstəqil.az saytı 4 yaşını qeyd edir

DogruXeber.az: - Ötən əsrin son on illiyində artıq tarazlığını itirən Sovet imperiyasının tıkanlı məftillərinin cəngindən “qanaya-qanaya” sıyrılıb qurtulan Azərbaycan 18 oktyabr 1991-ci ildə Müstəqilliyini elan etdi.
Müstəqil ölkəmizin yenilənən dünya düzənində azad sözə sahibi olması böyük qurbanlar bahasına başa gəldi.
Yeni nəsl bu gün yaşadığı müstəqil Azərbaycan dövlətinin o illərdəki mübarizəsini tarix kitablarından oxuyur. Orta nəsl isə yaşadığı o ağır illərin ədədiləsməsi yolunda öz bacarıqları daxilində hansısa bir iz qoymağa çalışır.
Bu gün Azərbaycan “Müstəqillik günü”nü dövlət bayramı kimi qeyd edir.
Müstəqil dillə asan soyləniləcək qədər qazanılması asan olmadığını düşündükcə qeyrətli vətən övladları Azərbaycan üçün nə qədər az fədakarlıq etdiklərinin vicdan əzabını duymadan yaşaya bilmir.
Yaşadığımız dünyada və müstəqil Azərbaycanda bu gün saysız- hesabsız informasiya vasitələri xidmət göstərir. Unutmaq olmaz ki, onlara bu imkanı Müstəqil Azərbaycan bəxş edib. Məhz o bəxşlərdən bəhrələnən və bu gün 4 yaşını qeyd edən “Müstəqil.az”informasiya Agentliyinin ki, yaranışını Azərbaycanın suverenliyindən İlham alaraq təhsis etdi.
“Müstəqil.az” informasiya agentliyi yarandığı gündən dövlətinə və xalqına xidmətində vicdanlı, dürüst və ən başlıcası isə şərəfli xidmət göstərəcəyinə and içdi. İrəlilədiyi yolda və tutduğu mövqeyindən hər zaman qərəzsiz, tərəfsiz, şəffaf informasiya ilə mövqeyini qoruyur.
Mətbuatı dördüncü hakimiyyət adlandıran cəmiyyət hər zaman yenilikləri duymağa çalışır. Peşəkar media orqani isə yeniliklər xatirinə ucuz reytinq ardına düşmür. Öncə yaşadığı ölkəsinin maraq və mənafeyini göz önünədə tutmağa çalışır.
“Müstəqil.az” informasiya agentliyinin adından göründüyü kimi tam müstəqil şəkildə mətbuat aləmində ağı ağ, qaranı qara deməklə öz yolunu, dəstixəttini yaratdı.
Payız günündə,
18 oktyabrda 4 yaşını qeyd edən “Müstəqil.az” informasiya agentliyi seçdiyin yolda atdığın addımların daima mətin və qətiyyətli olsun. Gün gəlsin 40 illik uğurların qeyd olunsun.
Var olsun Mustəqil Azərbaycan.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram