Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakı SEPAH-ın Qarabağdakı BİZNESİNİ MƏHV ETDİ - HƏQİQƏTƏN DƏ...

19-10-2021, 09:26

Bakı SEPAH-ın Qarabağdakı BİZNESİNİ MƏHV ETDİ - HƏQİQƏTƏN DƏ...

DogruXeber.az: - Sanksiya məhdudiyyətləri içində ABŞ-la mübarizə aparan İranın “gizli qazancı”nın kəsilməsi Tehranın Bakıya qarşı sərt münasibətinin əsas səbəbidir.

Bu sözləri Axar.az-a türk ekspert Həsən Oqtay İran və Ermənistanın narkotik ticarəti ilə bağlı danışarkən deyib.

O bildirib ki, İranın qanunsuz əlaqələri olan yeganə qonşusu Ermənistandır və Ermənistanın işğal etdiyi Azərbaycana məxsus olan rayonlar İran üçün “nəfəslik” idi:

“Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi Ermənistan qədər İranı da narahat etdi və Tehran üçün gözlənilməz oldu. İran Əfqanıstandan Ermənistana narkotiki işğal altında olan Cəbrayıl və Füzulidən keçirirdi. Çünki iri partiyaları Ermənistanla sərhəddən keçirə bilməzdi, Norduz gömrük qapısında rus məmurları olduğu üçün İrana problem yarana bilərdi”.

Ekspertin sözlərinə görə, Azərbaycan-İsrail münasibətlərinin İranı narahat etməsi bəhanəsinin arxasında gizlənən Tehran rəsmiləri İlham Əliyevin narkotik tranziti ilə bağlı bəyanatından şoka düşüblər:

“İranın Azərbaycanı tənqid etməsində İsrail bəhanədir, əsl səbəb Cəbrayıl-Füzuli üzərindən Ermənistana göndərilən qanunsuz mallardır. İran İnqilab Keşikçiləri bu ticarətdən böyük qazanc əldə edirdilər və bu mənfəətlərdən məhrum olduqda, İsrail bəhanəsinin arxasında gizlənərək Azərbaycana qarşı sərt mövqe sərgiləməyə başladılar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram