Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib - AÇIQLAMA

19-10-2021, 12:16

Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib - AÇIQLAMA

DogruXeber.az: - Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin ölüm səbəbinin bəzi KİV-də koronavirus olduğu qeyd edilsə də, şagirdin təhsil aldığı məktəbdən Trend-ə bildirilib ki, məktəbli koronavirusdan vəfat etməyib. Şagirdin başqa xəstəlikləri olub: "Şagirdimiz K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna müalicə üçün aparılsa da orada vəfat edib".

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.

Xatırladaq ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Həmçinin, bəzi məktəblərdə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram