Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Azərtrans MMC" Vətən Müharibəsi qazisini niyə işinə bərpa etmir? - GİLEY

19-10-2021, 13:51

"Azərtrans MMC" Vətən Müharibəsi qazisini niyə işinə bərpa etmir? - GİLEY

DogruXeber.az: - PİA.az-a Qarabağ qazisinin ailəsindən şuikayət daxil olub. Məsələni araşdıran əməkdaşımız qazinin özü və ailəsi ilə görüşdükdən sonra məlum olub ki, onu 11 il işlədiyi şirkət müharibədən qayıtdıqdan sonra heç bir səbəb göstərmədən işinə bərpa etmir.

Qazi Yusubov Elşad Hümbət oğlu 27 sentyabr 2020-ci il Vətən müharibəsi başlayan kimi cəbhəyə yola düşüb. O, Talış və Suqovuşan kəndləri istiqamətində gedən ağır döyşlərdə iştirak edib. Adı çəkilən ərazilərin düşməndən azad edilməsindən sonra cəbhənin müxtəlif istiqamətlərində xidmətini davam etdirib. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Ali Baş Komandan, prezident İlham Əliyev tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Elşad Yusubov 27 dekabr 2020-ci ildə Ali Baş Komandanın imzaladığı fərmanla ordudan təxris olunub və evlərinə qayıdıb. Aradan 1 il ötməsinə baxmayaraq qazi hələ də özünə iş tapa bilmir.

Onun müxbirimizə bildirdiyinə görə, müharibədən bir az əvvəl 11 il çalışdığı “Azərtrans MMC” şirkətindən işdən çıxarılıb. Heç bir səbəb gətirilmədən işini itirən qazi rəhbərliklə görüşmək istəsə də, bu cəhdləri boşa çıxıb. Ordudan təxris olunduqdan sonra qazi yenə köhnə işlədiyi şirkətə işə bərpa olunmaq istəsə də, rəhbərlik onu qəbul etməyib. “Azərtrans MMC” şirkətinin Vətən müharibəsi veteranını nəyə görə işinə bərpa etmədiyi sualına isə şirkətdə heç kim cavab vermir.

Qazinin anası Yusubova Sahilənin sözlərinə görə, həyat yoldaşı və özü müxtəlif xəstəliklərdən əziyyət çəkdiklərinə görə işləyə bilmirlər. Ailənin bütün yükü oğlunun üstündədir. Onu isə işinə bərpa etmək istəmirlər. Sahilə Yusubova bildirib ki, dəfələrlə şirkətin rəhbəri Etibar Vəliyevin qəbuluna düşmək istəsələr də, o, yerində olduğu halda onları qəbul etməkdən imtina edib.

Xatırladırıq ki, qazi Elşad Yusubovun bir 5 yaşlı övladı var.

"Azərtrans MMC" Vətən Müharibəsi qazisini niyə işinə bərpa etmir? - GİLEY

"Azərtrans MMC" Vətən Müharibəsi qazisini niyə işinə bərpa etmir? - GİLEY

"Azərtrans MMC" Vətən Müharibəsi qazisini niyə işinə bərpa etmir? - GİLEY






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram