Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” - ÇAĞIRIŞ

19-10-2021, 16:52

“Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” - ÇAĞIRIŞ

DogruXeber.az: - “İlkin mərhələdə uşaqların koronavirusa və ya mövsümi qripə yoluxduqlarını fərqləndirmək mümkün deyil”.

Bu barədə Modern.az-a pediatr Aytən İsmayılzadə uşaqlarda son vaxtlar yüksək hərarətlə müşahidə edilən respirator xəstəliklərlə bağlı danışarkən bildirib.

Həkimin sözlərinə görə, hər iki infeksiyada əlamətlər çox oxşardır:

“Xəstəlik ümumi əlamətlərlə başlayır: halsızlıq, baş və boğaz ağrısı, hərarət, hətta qusma, ishal. Burada koronavirus və digər virus əlaməti də ola bilər. Ona görə də özündə narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir. Biz bilmirik bu infeksiya zamanla necə irəliləyəcək. Yəni, virus yenə də mutasiya edəcəkmi? Uşaqlar üçün də təhlükəli olacaqmı? Düşünürəm ki, özünü pis hiss edən uşaqlardan elə məktəbdəcə test götürülsə yaxşı olar. Bunu çox da uzatmayaq. Çünki uşaq evə gedəndən sonra ola bilər ki, valideyn ondan test götüzdürməsin. Bu məlumat natamam qala bilər. Biz bilməyəcəyik ki, uşağın xəstəliyi nədir. Bəlkə də bu günə qədər uşaqlar arasında yoluxmalar artıq olub, bilməmişik. Zamanında aşkarlanmayıb”.

A. İsmayılzadə valideynlərə müraciət edərək, onları uşaqlara qarşı daha diqqətli olmağa çağırıb:

“Uşaqların immunitetini zəiflətməmək üçün onlara antibiotik tərkibli dərmanlar verməməyi, bol şəkər tərkibli qidalar, “fast food”la qidalandırmamağı məsləhət görürəm. Əsas odur ki, uşaqlarda virus vaxtında aşkar olunsun. Sonra hansısa bir fəsad olanda biz bilək ki, bu nəyin fəsadıdır. Ən azından bu bizə tibbi baxımdan lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram