Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Əclaflıq həmişə insanları qıcıqlandırır”

23-10-2021, 12:11

"Əclaflıq həmişə insanları qıcıqlandırır”

DogruXeber.az: - "İki il əvvəl mənfi rola dəvət etmişdilər. Öncədən mənfi fikirlərə hazır idim. Hətta yolda saxlayıb deyrdilər ki, niyə sən o qızın ailəsini dağıdırsan? Buna normal baxırdım və sevinirdim ki, demək, obrazım insanlara təsir edə bilib”.

Bunu gənc aktrisa Dəniz Tacəddin Yenicag.az-ın “Sizin üçün rolun mənfi, ya müsbət olmasının fərqi varmı?” sualını cavablandırarkən deyib.

Aktrisa mənfi obrazın daha çox maraq doğurduğunu bildirib:

“Təəssüf ki, Azərbaycanda müsbət obraza orta yaşlı xanımı çəkirlərsə, bu, adətən, yazıq və qurban rolunda bir personaj olur. Hansı ki, bütün günü ağlayır. Aktrisa üçün burada oynamağa, göstərməyə faciədən başqa heç nə olmur. Həmişə qapazaltı olur, döyülür, söyülür, əziyyət çəkir. Amma heç bir zaman özünə hörmət edən bir tip olmur. Təəssüf ki, dramaturji xəttə görə əgər personajın hərəkətlərinə ya mənfi, ya müsbət deyil, neytral nöqtədən baxırsansa, o personaja əziyyətlər verilirsə, o da öz haqqını tələb etməyə başlayırsa, dərhal mənfi personaja çevrilir. Bu da düzgün deyil, əslində insanlara şüuraltı öz haqqını tələb etməməyi yeritməkdir.

Həm mənfi, həm müsbət rollarda oynamışam. Mənfini oynamaq, müsbət obrazı oynamaqdan qat-qat maraqlıdır. Ola bilər, kimsə buna görə səni sevməsin, kimsə sənə nifrət etsin. Amma əgər mənfi roluna görə nifrət edirlərsə, bu, sənin uğurundur. Mənfi rol daha çox yadda qalır, daha çox qıcıqlandıra bilir. Yəni sənin zəhmətin hədər getmir. Eyni zamanda, sən aktyorluq qabiliyyətini daha geniş spektrda göstərə bilərsən.

Dünya çapına nəzər salsaq, görərik ki, onlarda müsbət obrazlar qat-qat dərindir. Heç vaxt personaj bir qatlı olmur. Azərbaycanda sən mənfi rolda olanda tamaşaçının fikrini istədiyin istiqamətə yönəldə bilərsən. Ola bilər, hamı sənə nifrət etsin, amma finala doğru elə elə düzgün oynaya bilərsən, tamaşaçının səndən 100 faiz zəhləsi gedirdisə, 50 faizini bağışlaya bilər. Düşünər ki, bu qız da yaxşı ola bilərdi, amma həyatında hansısa zərbələr olub, onu bu vəziyyətə salıb”.

D.Tacəddin ampluasız aktrisa olmağa üstünlük verir:

“Hər bir aktyor istəyir, fərqli ampluada olsun, eynilikdən çıxsın. Çox hallarda rejissorlar hansısa aktyoru elə öz ampluasına uyğun rollara dəvət edirlər. Halbuki inkişaf etmək istəyən aktyor fərqli obraza dəvət alanda sevinir və daha çox üzərində işləyir. Təkcə mənfi, ya müsbətlə də kifayətlənmək lazım deyil. Bir obrazın içində həm mənfi, həm də müsbət xüsusiyyətlər ola bilər. Tamaşaçının ondan həm zəhləsi gedə, həm də çox sevə bilər. Əslində, belə rollar daha maraqlıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram