Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Araik Arutyunyan Paşinyan komandasına qarşı çevriliş hazırlayır... - TƏFƏRRÜAT

23-10-2021, 13:55

Araik Arutyunyan Paşinyan komandasına qarşı çevriliş hazırlayır... - TƏFƏRRÜAT

Emənistan hökumət aparatının rəhbəri Araik Arutyunyan özünün lider olduğuna qərar verib və baş naziri Nikolay Paşinyan başda olmaqla öz komanda üzvlərinə qarşı çevriliş hazırlayır.

"DogruXeber.az" Moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Johovurd" qəzeti hökumətə yaxın mənbələrə istinadla yazır.

Məlumata görə, A.Arutyunyan artıq “Vətəndaş anlaşması” partiyası idarə heyətinin iclaslarında da bu niyyətini gizlətmir.

Xəbərdə deyilir ki, Arayik Arutyunyan hökumət nümayəndələrindən narazıdır. O, görüşlərdə xüsusilə yeni təyin olunmuş xarici işlər naziri Ararat Mirzoyan və təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyandan daim narazılığını bildirir. Araik ətraf mühit naziri Romanos Petrosyandan da şikayət edir və hətta onun mətbuat katibi ilə problemləri var.

Bu minvalla sabiq təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyan hökumətdə komanda formalaşdırmağa və ona yaxın adamların müxtəlif dövlət idarələrində işləməsini təmin etməyə çalışır. Paşinyanın bu vəziyyətə nə qədər dözəcəyini söyləmək çətindir, çünki əldə etdiyimiz məlumata görə, “Vətəndaş anlaşması” komandasında gərginlik və parçalanma meyilləri gündən-günə artır...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram