Biznes leqallaşır, yoxsa vergidən yayınmaq üçün yeni üsul? - NƏ BAŞ VERİR?

DogruXeber.az: - 2021-ci ilin yanvar-sentyabr aylarında 8628 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.

Bu haqda Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin qurumların 82,9 faizi elektron qaydada, 17,1 faizi isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb.

Qısa zamanda bu qədər kommersiya qurumu rəsmi qeydiyyata düşməsi müəyyən suallar yaradır. Bu, biznesin leqallaşması ilə bağlıdır? Yoxsa sahibkarların rəsmi fəaliyyət göstərməsinə maraq yaradan başqa səbəblər var?

Maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, bunun leqallaşdırılma ilə əlaqəli olduğuna inanmır:

“Ola bilər ki, əksinə, vergini az ödəsinlər deyə, bir şirkəti bir neçə yerə bölürlər. Çünki Vergi Məcəlləsinə görə, müəyyən güzəştlər var. Məsələn, mikro sahibkarlıq subyektləri üçün illik dövriyyə 200 min manatdır. Onlar nəzərdə tutulan mənfəət, gəlir vergisini 20 deyil, 5 faiz ödəyirlər. İstisna etmirəm ki, bu qədər kommersiya qurumunun qeydiyyatdan keçməsinin səbəbi məhz bu, bir neçə şirkət yaradaraq verginin bölüşdürülməsidir.

Onsuz da sahibkarlıq subyektlərinin çoxunun onsuz da şirkəti var idi. Sadəcə olaraq fəaliyyətlərinin bir hissəsini qeyri-rəsmi edirdilər. Bu baxımdan rəsmi rəqəmlərə birmənalı qiymət vermək mümkün deyil.Düşünürəm ki, hər bir halda bu vergidən yayınmaq , xərcləri azaltmağa hesablanmış addımdır. Amma vergi orqanlarının əlində kifayət qədər ali mexanizmlər var ki, bu halları müəyyən etsin və müvafiq tədbirlər görsün”.//dia.az


Oxunub: 256

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər