Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Təhsildə özbaşınalıq və korrupsiya - İDDİA

27-10-2021, 12:28

Təhsildə özbaşınalıq və korrupsiya  -  İDDİA

DogruXeber.az: - Azərbaycan təhsilinin acınacaqlı durumu - təhsildə geriləmələr, özbaşınalıq və korrupsiya faktları barəsində sosial şəbəkələrdə, həmçinin yerli medialarda hər gün giley, narazılıqlar yayımlanır.

Əksər təhsil işçiləri, valideynlər də ərizə ilə üz tuturlar Təhsil Naziri Emin Əmrullayevə.

Amma, nə yazıq ki, bütün bunlara baxmayaraq sözügedən sahədə müsbət tərəfə doğru dəyişən bir şey yoxdur.

Gözümüzün önündə olan paytaxt məktəblərinin vəziyyəti deyəsən "gözdən-könüldən uzaq" rayon məktəblərinin yanında "toya getməli" imiş.
Əslində, "DogruXeber.az"da bölgələrimizdən təhsil sahəsində narazılıqlardan bəhs edən çox məlumatlar dərc edilib. Hansı ki, bu məlumatların əksəriyyəti elə təhsil işçilərinin özləri tərəfindən redaksiyamıza göndərilib.

Bu gün də Ucar rayonundan bir qrup təhsil işçiləri tərəfindən redaksiyamızın elektron ünvanına eyni mövzu (təhsildə özbaşınalıq və korrupsiya) barəsində daha bir müraciət daxil olub.

Müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikası Təhsil Nazirinə!
Hörmətli cənab nazir!
Mən sizi Ucar rayonundan narahat edirəm.Məlumdur ki,cənab prezident çıxışlarının birində qeyd etmişdi ki,hər bir kadrı vəzifəyə qoyarkən onun işgörmə qabiliyyəti bacarığı,insanlarla rəftar qaydası və sairə nəzərə alınmalıdır.
Görək bu qaydalara tovsiyyələrə Ucar rayonunda əməl olunurmu?
Ucar rayon icra hakimiyyətinin başçısı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xalası oğlu Mənsur Məmmədovun təqdimatı və tövsiyyəsi ilə keçmiş Təsil müdiri tərəfindən iki dəfə töhmət almış Rauf Məmmədov adlı səriştəsiz, saxtakar, rüşvətxor biri Ucar rayon Təhsil şöbəsinə sizin tərəfinizdən müdir təyin olunmuşdur. Gəlin görək bu Rauf
Məmmədov kimdir?
Rauf Məmmədov kiçik bir Alpı kənd tam orta məktəbində direktor işləyirdi.Rüşvətxorluğuna,saxtakarlığına,işbilməməzli-nə,kobudluğuna görə keçən il Ucar rayon Təhsil şöbəsi tərəfin-
dən töhmət almışdır.Daima məktəbi geri çəkdiyi üçün Təhsil şöbəsinin keçmiş rəhbərliyi tərəfindən xəbərdarlıqlar edilmişdir.
Direktor işləyən vaxt bu məktəbdə dərnək və fakultativ məşğələləri keçirilməmiş,məşğələlər yalnız müxtəlif müəllimlərin adna yazılmış pulu isə R.Məmmədov tərəfindən mənimsənilmişdir.Söz yox ki pul müəllimə çatmadığı üçün də müəllimlər də dərnək və fakultativ jurnallarını özləri yazmayıb bəzən də hec jurnallar yazılmayıb.
Bəzi texniki işçilərin kartını özündə saxlamış,işçi isə işə gəlməmiş,pulu isə R.Məmmədov tərəfindən mənimsənilmişdir.
Bundan başqa seçkilər vaxtı seçki komissiyasında olan bəzi müəllimlərin dərslərini əvəzçiliklə digər müəllimlərə vermiş
dərsləri isə elə seşkidə olan müəllimlərin özləri tədris etmiş
pullar isə R.Məmmədova çatmışdır.Deməli seçkidə olan
müəllim də maaşını almış əlavə əvəzçiliklə də həmin dərsə görə pul alınaraq dövlət vəsaiti R. Məmmədov tərəfindən mənimsə-
nilmişdir.Jurnallar yoxlanılıb müəllimlərdən izahat alınarsa
hər şey məlum olar.2020 -2021 ci tədris ilində müəllimin birinə40 saat dərs verən bu Rauf Məmmədovun fırıldağının üstü 11 saylı region tərəfindən açılıb pulu geri tələb olunanda həmin dərsi demiş müəllim (əslində dərs deyilməmiş,sadəcə müəllimin adına yazılıb mənimsənilmişdir)etiraz etmişdir ki mən o pulu Rauf müəllimə vermişəm.Özü qaytarsın.Neçə illər məktəbə verilmiş yanacaqR.Məmmədovtərəfindən mənimsənilmiş,yana- caq kimi işıq enerjisindən istifadə olunmuşdur.Deməli yanacağı satmış,əlavə də işıq enerjisindən istifadə etməklə dövlətə ikiqat ziyan vurmuşdur.
Məktəbdə rəhbər işçilərin və texniki işçilərin tabel kitabı
bir iki nəfər tərəfindən imzalanmış ,direktor və müavinlərin
adı isə ümumiyyətlə tabeldə olmamışdır,kefləri istəyəndə işə gəlmiş istəməyəndə gəlməmişlər.Əksər vaxtlarda da direktor
öz dərsini deməmiş dərsləri boş keçmişdir.Məktəbdə jurnallar proqramlar istədikləri kimi yazılmışdır.
Bundan başqa sinif rəhbərləri jurnalları özləri yazmayıblar.
Çünki bəzi müəllimlərin adına qeyd olunan sinif rəhbərliyi-
nin pulu da Rauf Məmmədova çatmışdır.
Sinif komplektləşməsində də də saxtakarlıqlar edilərək dövlətin vəsaiti mənimsənilmişdir.
Pedaqoji şuralar formal olaraq keçirilmiş,bəzən keçirilməmiş,məktəbin əmr kitabında bəzi əmrlər yazılmayıb,
Bəzən də düz yazılmayıb.Məsələn dərs cədvəlinin təsdiq olunması əmri kimi .Və sairə.
Ümumiyyətlə məktəb Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi tərəfindən yoxlanılsa cox böyük dövlət vəsaitinin
R.Məmmədov tərəfindən mənimsənildiyi aşkar olunar.
Bəs bu Rauf Məmmədov kimdir ki, bu şəkildə dövlət vəsaitini oğurlayır,hec kəs dinə bilmir.Bir tərəfdən də gəti-
rib Ucar Təhsilinə müdir qoyurlar.
Bu adam Ucarın rüşvətxor,saxtakar dövlət tərəfindən
ayrılmış iş yerləri üçün olan kartları qaynını cibində olan
idarə və müəssisələrdən zorla bir faiz pulu öz icra fonduna
köçürtdürüb,özünə götürən qaynının adını ucar bələdiyyəsinə
yazdırıb ayliq maaşını alan və sairə Ucar rayon icra hakimiyə-
tinin başçısı Mənsur Məmmədovun (keçmiı nəqliyyat naziri Ziya Məmmədovun xalası oğlu)ikinci qayını Elbrus
Baxşıyevin (Qazıqumlaq 2 nömrəli məktəbin direktoru)əlal-
tısı,gətir götür işinə baxanı,əmrlərini yerinə yetirən biridir.
Elbrus Baxşıyev Qazıqumlaq məktəbini özəlləşdirib desək yanılmarıq.Vaxtilə məktəblilərə verilən təhsil fondunu tamamilə mənimsəyib hər uşagın yerinə saxta imzalar atan (imzaları təhsil şöbəsində yoxlamaq olar)Elbrus direktor bəzi xadimələrin kartını özündə saxlayır.Xadimələrin maaşını kartdan özü çıxardıb kefi istəyən pulu xadiməyə verir,qalanını mənimsəyir.
Adi məktəbdə xadimə gedən (pul alınıb işə götürüldüyü üçün)
ancaq işi arada məktəbə gəlib Elbrus direktorun əmrlərini yeri-
nə yetirmək(bura daxidir-müəllimlərin yazı işlərini yoxlamaq Elbrusun dərsini demək,jurnal yazmaq və sairə).Bəzi xadimə-
lər bir metr yeri belə süpürməmişlər.
Bütün fakultativ və dərnək pulları da Elbrus Baxşıyevə çatır.
Ona görə də fakultativ və dərnək jurnalları laborantlar tərəfindən yazılır.Jurnallarda xətlər gah müəllim gah da laborantlar tərəfindən yazıldığı tamamilə doğrudur.
Elbrus məktəbə direktor qoyulan gündən məktəbə verilmiş yanacq(salyarka)mənimsənilib,yalnız otaqlara valideynlər
tərəfindən qızdırıcı elektrik sobaları alınıb qoyulmuşdur.Bəzi hallarda validenlər etiraz edəndə icra başçısı tərəfindən sus-
durulub.Əgər qış aylarındakı yanacaq sərfi yoxlansa bir necə
ilin bu sübuta yetər.(işıq pulu xərci).
Bu məktəbdə də seçki vaxtı seçkidə olan müəllimlər dərsləri özləri demiş ,dərslər əvəzçiliklə digər müəllimin adına ya-
zılmış pulu isə Elbrus tərəfindən mənimsənilmişdir.
Qeyri dövlət təşkilatı tərəfindən yaradılmış bağçaya (bağçanı mən icra başçısının köməyilə yaratmışam deyə) müdir qoyaraq
ondan zorla pul almışdır.
2 nəfər müəllimin hərəsindən (65 yaşları tamam olduqları
üçün)500 manat pul alaraq guya pul təhsil nazirliyinə çatacaq
deyə mənimsənilmişdir.
Heç vaxt bir saat dərs deməyən jurnalını belə laborantlara
yazdıran bu adama icra başçısının köməyilə tərəqqi medalı
verilmişdir.Bütün Ucar müəllimləri Elbrus medal alanda
hirslənib deyirdi- gör ucar təhsili nə gündədi ki Elbrus tərəqqi
medalı alır. Hazırda Ucar rayon Təhsil Şöbəsi Elbrus Baxşıyev tərəfindən idarə olunur. Hər axşam saat 6 dan sonra Elbrusun
əlaltı dəstəsi təhsil şöbəsinə toplaşıb planlar cızır.Hansı direktor çağrılmalıdı və söhbət hardan başlanmalı necə hədələnib pul tələb olunmalıdır.
Hər gün bir iki iki üç üç direktorlar müxtəlif bəhanələrlə Təhsil Şöbəsi müdirinin otağına çağrılaraq pul tələb olunur.
Məsələn Ucar şəhər 2 nömrəli məktəbin direktoru Yeganə
Məmmədova ,Qazyan 1 nömrəli məktəbin direktoru Ramiz Zeynalov,Pirkənd məktəbinin direktoru,Ənvər Məmmədxanlı kənd məktəbinin direktoru Maya müəllim Təhsil şöbəsinin müdürinin otağına çağrılaraq pul tələb olunub.Təkcə Maya mü-
əllim qəti etiraz edib.Buna görə də elə səhərisi gün həmin məktəbə təhsil şöbəsi tərəfindən əsassız olaraq yoxlama briqadası göndərilmişdir. Bpiqadaya kim rəbərlik etsə yaxşıdı.
Həmin bu qeyri rəsmi təhsil müdiri Elbrus Baxşıyev.Məktəbini başlı başına buraxıb qanunsuz yoxlamaya bu direktor necə gedə bilir? Həmin yoxlamanın üzvü Sultanova Şəlalənin (Ucar şəhər 3 nömrəli məktəbin sinif müəllimi)dərslərini həmin qanunsuz yoxlama vaxtı kim tədris edib.Heç kəs.Əslində həmin qanunsuz yoxlamada iştirak edənlərin hamısına töhmət verilməli bir günlük əmək haqları tutulmalıdır.Maya müəllimin günü qara olub.İşi Qazıqumlaqda Elbrus Baxşıyevin məktəbində keçir. Çünki yalançı yoxlamanın aktları qeyri rəsmi Ucar Təhsil şöbəsinin müdiri Elbrus müəllimdədir.Maya müəllimin dediyinə görə Elbrus dinə imana gəlmir. Deyir pul vermək lazım
Rauf müəllimə.Yığılan pullar isə üç yerə bölünür(qondarma müdir Elbrusa,icra başçısına,Raufa).
Bu il Lək kənd 1saylı tam orta məktəbdə dərs keçirilməyib. Məktəbin texniki heyəti məktəbdəR.Məmmədovun qurd
fermasına baxıb.Texniki heyət etiraz edəndə R.Məmmədov onları Ucarın başçısı ilə hədələyib.R.Məmmədova qurd lazımdı pul lazımdı,təhsil yox.
( Həmin rekert dəstənin fotosunu əlavə edirəm.)
Bütün bunlar 11 saylı region maliyyə idarəsi rəisi N.Misi-
rovun gözləri qarşısında baş verir.Lakin Ucar İcra başçısının
qorxusundan dinə bilmir.Bir sübut.Bu yaxınlarda Məlikballı
kənd orta məktəbinə Elbrus Baxşıyevin təhrikilə Elbrusun məktəbində işləyən bir nəfər təhsil şöbəsi tərəfindən mühasib təyin olunub. 11 saylı region maliyyə idarəsinin xəbəri olmadan elektron müqavilə bağlanıb.Burda Elbrusun marağı ikidi. Birincisi odur ki,mühasib qoyduğu adamdan pul alacaq,2 cisi də odur ki ,öz məktəbində ştat boşalır. Kimdənsə pul alıb işə götürəcək.Halbuki həmin mühasiblər region maliyyə idarəsinə tabedir,idarənin razılığı olmalı idi.
Vakansiyalar gizlədilib,sonra ayrı ayrı məktəblərdə dərs deyən müəllimlərə satılır. Məsələn 07.09.2021 tarixdə Doğru Xəbər.az
da yazır ki,Qazyan kənd 1 saylı tam orta məktəbin müəllimi sosial məzuniyyətdə olsa da onun dərs saatı vakansiyaya çıxardılmayıb.Məktəbin direktoru deyib ki mən vakansiyanı Təhsil Şöbəsinə vermişəm Təhsil şöbəsi qəsdən gizlədib.
Bu cinayətkar R.Məmmədov bu yaxınlarda Yuxarı Şilyan kənd
tam orta məktəbində kitabxanaya qoyulmuş şəxsdən 5 min istəmiş yalvar yaxardan sonra 4 min 700 manat almışdır.Qaradağlı kənd tam orta məktəbinə qoyulmuş şəxsdən isə qansız müdir 4 min manat alıb.
Alpoud kənd 2 saylı tam orta məktəbin mühasibini işdən uzaqlaşdıran R.Məmmədov onun yerinə təyin olunan adamdan 5 min manat almışdır.Bütün bunları Ucarda bilməyən yoxdur.TƏHSİL NAZİRLİYİNİN DAXİLİ NƏZARƏTŞÖBƏSİ UCAR TƏHSİLİNİ YOXLASA ONLARLA RÜŞVƏT KORRUPSİYA ƏMƏLLƏRİNİN ÜSTÜ AÇILAR.
Bütün bunları 11 saylı regionun rəisi N.Misirov yaxşı bilir. Ancaq İcra Başçısının qorxusunda dinə bilməyir.
Yazıq N.Misirov Elbrus Baxşıyevin qabağında nə deyə bilər ki!!
Hal-hazırda Ucar təhsili bir qrup cinayətkarın əlindədir.
Hörmətli nazir!
Ucar təhsili böyük ucurum qarşısındadır.Böyük fəlakətlər
gözlənilir.Yalnız və yalnız sizin ədalətinizə inanırıq!
İnanırıq ki Ucar təhsilinin xiaskari olacaqsınız!
Ucar təhsilini bir qrup saxtakar rüşvətxorun əlindən qutaracaq-
sınız!
Hörmətlə: Ucar Təhsil işçiləri adından müəllim Həsiyev Kamran"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram