Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Niyazi Bayramovun YERSİZ CANFƏŞANLIĞI... - "Əliəyriliyindən bezdiyimiz məmurları yox, vicdanlı adamları təyin etməliyik"

27-10-2021, 13:04

Niyazi Bayramovun YERSİZ CANFƏŞANLIĞI... - "Əliəyriliyindən bezdiyimiz məmurları yox, vicdanlı adamları təyin etməliyik"

DogruXeber.az: - Xəbər verdiyimiz kimi Gəncədə Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədova intihara cəhd edib. Çoxlu dərmanlar içən qadın xəstəxanaya çatdırılaraq həyatı xilas edilib. Şəhid anası bildirib ki, o, kirayədə yaşayır, kirayə pulunu verə bilmir, işlə təmin edilmir və icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir. Lakin hadisə baş verən kimi icra başçısı Niyazi Bayramov dərhal xəstəxanaya gələrək kameraların qarşısında şəhid anasına qayğı göstərirmiş kimi canfəşanlıq etməyə başlayıb.

Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri məmurlarımızın şəhid ailələrinə qarşı bu cür məsuliyyətsizliyinə görə təəssüfləndiyini bildirib:

“Ümumiyyətlə, bu sahədə işlər görülür, cəmiyyət də, hökumət də və bəzən ölkədən kənarda olan müəyyən Azərbaycan Diaspora dairələri də şəhid ailələrinə kömək edirlər. Amma problemlər çoxdur və bunların böyük əksəriyyəti idarəçilik strukturu ilə bağlıdır. Biz dəfələrlə bu barədə danışmışıq və gəlib belə həssas məsələdə yenə ona çıxırıq. Əvvəla niyə görə axı şəhid ailəsinin problemi icra başçısı səviyyəsində həll olunmalıdır. Onlarla bizim srtukturlarımız, fondlarımız var. Amma görünür bütün mərhələlərdə bu problemlər davam edir ki, şəhid ailəsiylə bağlı olan məsələni icra başçısı səviyyəsində həll etmək lazım gəlir. Bu problemlərin həlli üçün bir çox icra hakimiyyəti strukturları xüsusi şöbələr yaradıb. Görünür o təcrübəni hər yerdə tətbiq etmək lazımdır və ora əliəyriliyindən, fəaliyyətsizliyindən bezdiyimiz məmurları yox, vicdanlı, bacarıqlı adamları təyin etmək lazımdır ki, bu problemləri həll edə bilək. Azərbaycan həm özünün iqtisadi imkanlarına, həm də şəraitinə görə bu məsələləri həll etmək iqtidarındadır. Bu gün biz aeroportlar tikirik, yollar çəkirik. Amma məhdud sayda insanların bu problemini hər şeydən önə qoymalıyıq. Biz bunu birinci növbədə həll etməliyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram