Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Neftçalada COVID-19 bağlı reydlər keçirilib

27-10-2021, 16:15

Neftçalada COVID-19 bağlı reydlər keçirilib

Neftçalada ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərin aşkar edilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən belə tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar verilib.

Sürücülərlə də profilaktiki söhbətlər aparan yol patrul xidmətinin inspektorları onlara qaydalara ciddi riayət etmələrini tapşırıblar.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də müəyyən edilib.

Bundan əlavə şöbə əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda da nəzarət-profilaktiki tədbirlər keçirilib, tibbi maskadan istifadənin zəruriliyi barədə geniş məlumatlar verilib.

Qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Neftçalada COVID-19 bağlı reydlər keçirilib

Neftçalada COVID-19 bağlı reydlər keçirilib

Neftçalada COVID-19 bağlı reydlər keçirilib

Neftçalada COVID-19 bağlı reydlər keçirilib

Neftçalada COVID-19 bağlı reydlər keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram