Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ölkədə RÜSUMLARIN artma SƏBƏBİ: - "Əsas məqsəd..."

28-10-2021, 10:27

Ölkədə RÜSUMLARIN artma SƏBƏBİ: - "Əsas məqsəd..."

DogruXeber.az: - “Avtomobillə bağlı nəzərdə tutulan rüsum artımının səbəbi ölkəyə daxil olan avtomobillərin sayının azaldılması ola bilər”.

Bunu “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan dəyişikliyə əsasən, Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləğinin artırılacağına münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, sözügedən artımlara bir neçə amillər təsir edə bilər. Lakin əsas məqsəd dövlət büdcəsi ilə bağlıdır:

“Əslində dövlət tərəfindən hansısa rüsumun qiyməti artırılırsa, burada başlıca məqsəd dövlət büdcəsinə vəsaitin daha çox daxil olması istəyidir. Lakin ölkəyə daxil olan malla bağlı rüsum dəyişikliyinin başqa səbəblərinin də olması mümkündür. Avtomobillə bağlı nəzərdə tutulan rüsum artımının səbəbi ölkəyə daxil olan avtomobillərin sayının azaldılması ola bilər. Çünki yollarda tıxac artıb. Bundan başqa, çox avtomobilin ölkənin ekologiyasına mənfi ziyan vurması da əsas götürülə bilər. Lakin telefonla bağlı bu kimi ziyan verən səbəblərin olması mümkün deyil. Bütün hallarda qeyd olunan rüsumların sosial vəziyyətə ciddi təsir edəcəyini düşünmürəm. Çünki sıravi vətəndaşlar sıx şəkildə bahalı avtomobil və ya telefon almırlar. Dövlətin atdığı addım bunu göstərir ki, pulu çox olan şəxs avtomobil və ya telefon alırsa, buradan büdcə də faydalana bilsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram