Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Zəngilandan verilən mesajların ÖNƏMİ - TƏHLİL

28-10-2021, 10:30

Zəngilandan verilən mesajların ÖNƏMİ - TƏHLİL

DogruXeber.az: - Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri baş tutdu. Bu səfər çərçivəsində iki qardaş ölkə liderlərinin birlikdə Füzuli Beynəlxalq Hava Limanının açlış mərasimində, Zəngilan rayonunda “Dost Aqropark”ın və “Zəngəzur” dəhlizinin təməlqoyma mərasimlərində iştirak etməsi bütün dünyaya verilən birlik və qardaşlıq mesajı oldu.

Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimindən sonra iki qardaş ölkə prezidentləri arasında təkbətək görüş keçirildi. Görüş zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektlərinin nəzərdən keçirilməsi ilə yanaşı həmçinin ikitərəfli münasibətlər aktual regional və beynəlxalq məsələlərin müzakirəsi aparıldı. Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun sözlərinə görə Füzuli Hava Limanının açılışını iki qardaş ölkənin Prezidentlərinin birgə etməsi böyük önəm daşıyır :

“Qarabağda 30 ildir davam edən zülm və qanunsuz işğal can Azərbaycanın öz gücü və siyasi iradəsi sayəsində qazandığı tarixi zəfərlə sona çatdı. 17 oktyabr 2020-ci il tarixdə Azərbaycanın qəhrəman əsgərləri Ermənistanın silahlı işğalçı qüvvələrini Füzulidən iti qovan kimi qovdular. İndi bölgədəki bütün millətlərin də sülh və rifahına böyük töhfə verəcək Füzuli Hava Limanı istifadəyə verildi. "Bir millət, iki dövlət" olan iki qardaş ölkənin - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etdiyi açılış bir daha iki qardaş ölkənin bütün dünyaya istənilən şərtdə və daim bir-birilərinin yanında olduğunu göstərdiyi üçün böyük önəm kəsb edir. Can Azərbaycanın öz torpağı olan Qarabağ layiq olduğu və həsrətlə gözlədiyi insanlarına, rifaha, sülhə və rahatlığa bu hava limanı sayəsində daha qısa zamanda qovuşacaq".

Y.Topçu onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev XXI əsrdə öz gücü, diplomatik və siyasi uğurları ilə imperialist qüvvələrin planlarını puça çıxarıb, tarixin zibil yeşiyinə atdı: "Bu hava limanının Ali Baş Komandan İlham Əliyevin tapşırığından sonra 8 ay ərzində uçuşlara hazır vəziyyətə gətirilməsi bütün dünyaya Azərbaycanın və nəcib millətinin iqtisadi qüdrətini göstərməsi baxımından da çox önəmlidir. Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təyyarəsi endi və onu burada qardaşı Ali Baş Komandan İlham Əliyev qarşıladı. Bütün məzlumların səsi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Böyük Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözünü, cənab Prezident İlham Əliyevə isə Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" sözünü həyatın bütün dövrlərində yerinə yetirdikləri üçün minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyənin Vətən müharibəsində bütün dünyaya göstərdiyi birlik ruhu indi belə böyük iqtisadi layihələrlə artaraq davam edəcək".

Baş müşavir əlavə edib ki, dünya türkə düşmənlik etməyin məğlubiyyət, türklə dostluğun isə qalibiyyət gətirdiyini anlayacaq: "Bakını Türk Dünyasının mədəniyyət beşiyi olan Şuşa ilə əlaqələndirən ən önəmli layihələrdən olan Füzuli Hava Limanı Zəfər yolunun inşasının tamamlanması ilə Qarabağı Azərbaycanımıza, regiona və bütün dünyaya qırılmaz şəkildə bağlayacaq. Arzu edirəm ki, Füzuli Beynəlxalq Hava Limanı region xalqlarına və xüsusən də Azərbaycanın öz torpağı olan Qarabağa və xalqına daimi sülhün və rifahın gəlməsi üçün vəsilə olsun. Azərbaycan-Türkiyə qardaşlığı daimi, əbədi və mübarək olsun!".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, Füzuli beynəlxalq hava limanı Azərbaycanın bu ərazilərinə iş adamlarının, investorların cəlb edilməsinə kömək edə bilər: "Ümidvaram ki, bu Xəzər dənizindən Qara və Aralıq dənizlərinə qədər uzanacaq mütəşəkkil sənaye zonalarına sərmayə yatırma prosesini asanlaşdıracaq. Füzuli hava limanı xəritədə strateji mövqedə yerləşir və hesab edirəm ki, bu infrastrukturdan praqmatik olaraq regionda rifahın bərpası və uzunmüddətli sabitliyin bərqərar olması üçün zəruri olan investisiyaların cəlb edilməsi istiqamətində istifadə oluna bilər".

Onun sözlərinə görə, Ərdoğanın Azərbaycanın Füzuli rayonuna səfəri simvolik, strateji və praktik xarakter daşıyır:

"Azərbaycanın ən yaxın müttəfiq ölkənin liderinin Füzuliyə səfəri Azərbaycanın ötənilki 44 günlük müharibədə qazandığı qüdrətli qələbəni vurğulayır ki, bu da Azərbaycan tarixində ən böyük hərbi və diplomatik qələbədir. Prezident Ərdoğanın Füzuliyə səfəri bütün dünyaya göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək bütün Cənubi Qafqaz regionunun reinteqrasiyasına kömək etmək üçün indi Füzulidə nəqliyyat qovşağı yaratmağa hazırdır", - deyə keçmiş səfir vurğuladı.

O, əlavə edib ki, Ərdoğanın səfəri Türkiyə ilə Azərbaycan arasında strateji baxımdan sıx münasibətləri nümayiş etdirir. Azərbaycanla Türkiyə arasında münasibətlər, əlbəttə ki, onilliklər ərzində çox yaxındır, - deyən Brayza məşhur “Bir millət, iki dövlət” devizini xatırladıb.

İsrailli ekspert, beynəlxalq hüquq üzrə mütəxəssis Mixail Finkel qeyd edib ki, tikintisi qısa zamanda başa çatmış hava limanının açılışı iki məsələni vurğulayır: "Birincisi, Qarabağ qayıdıb, ikincisi isə Qarabağ dünyanın tərkib hissəsinə çevrilir və aviareyslərlə dünyaya bağlanacaq".

Ekspertin sözlərinə görə, Azərbaycanın yürütdüyü siyasətin müdrikliyi ondadır ki, ölkədə arteriyaların yaradılmasının vacibliyini başa düşürlər: "Əlbəttə, Qarabağı dünya ilə bağlayan digər arteriyalar kimi Füzuli beynəlxalq hava limanı da siyasətçilərin, iş adamlarının, investorların, ictimai xadimlərin, mədəniyyət xadimləri və turistlərin səfərlərinə xidmət edəcək. Qarabağa gələn insanlar bu gözəl yerləri görüb, investisiyalar qoymaq, müəssisələr açmaq istəyəcək. İnsanlar burada işləmək, dincəlmək və səyahət etmək, perspektivdə isə müalicə almaq istəyəcəklər. Əminəm ki, zaman keçdikcə burada müalicə mərkəzləri, mehmanxanalar açılacaq".

M.Finkel qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycanın müxtəlif ölkələrlə dostluq münasibətlərini möhkəmləndirəcək: "Bu, xalqlar arasında dostluğun möhkəmlənməsinə gətirib çıxaracaq və Qarabağa getdikcə daha çox ölkə nümayəndələri gələcək".

Ekspert əlavə edib ki, işğal illərində Qarabağda ermənilər tərəfindən heç nə tikilməyib və yaradılmayıb: "Onlar orada heç nə yaratmadan hər şeyi daşıyıb aparırdılar. Müharibədə uduzmağa başlayanda isə onlar Gebbelsin "yandırılmış torpaq" nasist siyasətinə əməl etdilər. Ermənilərin Qarabağı işğal etdiyi 30 il ərzində orada bu əraziləri sivil dünyaya inteqrasiya edəcək nə hava limanı, nə hər hansı bir digər infrastruktur yaradılmayıb".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko həmçinin bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq səviyyəli hava limanıdır: "O, görünməmiş qısa müddətdə tikilib. Belə zaman kəsiyində hava limanının tikilməsini hələ heç kəs görməyib. O ki qaldi hava limanının memarlıq üslubuna və aviasiya tələbləri standartlarına cavab verməyinə, bu, beynəlxalq səviyyəli obyektdir, və ən yüksək tələblərə cavab verir. Sözsüz ki, hava limanının açılışı, o cümlədən, 30 il ərzində hər şeyin dağıdıldığı və hazırda işğaldan azad edilmiş ərazilərdə gələcək iqtisadi inkişafın bünövrəsi qismində xidmət edəcək. Burada, bir ildən də az bir müddətdə keyfiyyəti və tikinti müddəti ilə Ginnesin Rekordlar Kitabına düşə biləcək unikal infrastruktur obyekti tikildi".

Korotçenkonun sözlərinə görə, hər kəs Azərbaycanın bu cür obyektləri tikmək imkanlarına diqqət yetirəcək və bu, şübhəsiz ki, ölkənin beynəlxalq nüfuzunu artıracaq.

"Bu gün hava nəqliyyatı kommunikasiyaların əsasını təşkil edir, hava limanının açılması gələcəkdə turizm klasterinin inkişafına imkan verəcək, Azərbaycanın müxtəlif şəhərləri arasında hərəkət zamanı sərf olunan vaxtı azaldacaq, və təbii ki, bütövlükdə regionun inkişafı baxımından iqtisadi effekt verəcək. Onu da unutmayaq ki, Zəfər yolu Füzulini Şuşa şəhəri ilə birləşdirir. Bu da istismara verilmiş ən yüksək səviyyəli infrastruktur obyektidir, bütün bunlar kommunikasıyanı daha sərfıli edir, sürətləndirir və təbii ki, çox güclü iqtisadi effekt verəcək", - deyə İqor Korotçenko qeyd edib.

O həmçinin vurğulayıb ki, milyonlarla erməni üçün Füzuli Beynəlxalq Hava Limanının açılışı nəinki Azərbaycanın müharibədə qalib gələn, hətta ermənilərin 30 il ərzində dağıtdığı, faktiki olaraq cansız səhraya çevirdiyi əraziləri bu gün bərpa edən uğurlu ölkə olmasının nümunəsidir.

"Minalanmış ərazilərdən başqa ermənilər ğzlərindən sonra heçnə qoymayıb. Ermənistan Füzuli Beynəlxalq hava limanına baxıb və özlərinə sadə bir sual verirlər: "Niyə Azərbaycan bunu edə bilir, biz isə yox?" Və yəqin ki, çoxlarının şüurunda dəyişikliklər olacaq, 21-ci əsrə gedən Azərbaycanı, 20-ci əsrdə ilişib qalmış və heç bir şəkildə oradan çıxa bilməyən Ermənistanı görəcəklər. Və bu Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcək üçün bir nümunə olacaq", - deyə İqor Korotçenko bildirdi.

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram