Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Müharibəyə iki gün qalmış məlumat ələ keçirdik ki… - Paşinyan

28-10-2021, 10:32

Müharibəyə iki gün qalmış məlumat ələ keçirdik ki… - Paşinyan

Ermənistan Azərbaycanla müharibə ərəfəsində olduğu barədə ölkə rəhbərliyinə mütəmadi olaraq, xüsusilə, 2011-ci ildə Kazan danışıqlarındakı uğursuzluqdan sonra məlumat verilib.

"DogruXeber.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bu tip məlumatların 2018-ci ildən sonra da gəldiyini bildirib:

“Mən baş nazir oldum. O zaman mütəmadi olaraq məlumatlar peyda olurdu ki, Azərbaycan müharibəyə hazırlaşır. Bunu əvvəlki hakimiyyət də bilirdi. Serj Sərkisyan parlament tribunasından hətta bir dəfə bəyan etdi ki, biz müharibəni hər an gözləməliyik”.

Paşinyanın sözlərinə görə, praktik olaraq hər gün hərbi fəaliyyətlərin yenilənməsinin mümkünlüyü haqqında informasiyalar gəlirdi, dövlətin institutları müxtəlif mənbələrdən daxil olan informasiyaları filtrdən keçirərək, qiymətləndirmə edirdi:

“Xatırlayıram ki, müharibənin başlanmasına iki gün qalmış bizə kifayət qədər inandırıcı olan ələ keçirilmiş radio-məlumat daxil oldu. Lakin bu vaxta qədər də bizə bənzər informasiyalar daxil olurdu...”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram