Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Subsidiyaların verilməsində yeni qayda: Bu qərar iri məmurlara qarşı verilib? - ŞƏRH

28-10-2021, 11:08

Subsidiyaların verilməsində yeni qayda: Bu qərar iri məmurlara qarşı verilib? - ŞƏRH

DogruXeber.az: - "Bəzi hallarda torpaq sahələrinin qeyri-qanuni zəbt olunmasının qarşısını almaq üçün subsidiyaların verilməsi yalnız dövlət reyestrindən çıxarışlar əsasında həyata keçiriləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 4 ildən sonra fermerlərə subsidiyaların yalnız dövlət reyestrindən çıxarışlar əsasında veriləcəyi məsələsinə toxunarkən deyib:

"Bu addım fermer torpaqlarının yenidən qeydiyyata alınmasını təşviq etməyə hesablanıb. Bu istiqamətdə ciddi problemlər var. Bir sıra torpaq sahələri qeyri-qanuni olaraq zəbt olunub. Hətta bir sıra hallarda bu işdə iri məmurlar da iştirak edib. Onların çoxunun sənədləri belə yoxdur. İndiki halda isə fermerlər əkin-biçin sahələrinin həcmini göstərməklə müraciət edir və ona əsasən də yanacaq, gübrə, məhsulun növü ilə bağlı subsidiya alırlar. Yəqin ki, indi bunun formulunu dəyişməyə çalışırlar”.

Amma həmsöhbətimizə görə, sözügedn məsələni həyata keçirmək bir qədər çətin proses olacaq:

”Çünki uzun illər ölkədə yerli icra hakimiyyət orqanları və bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılması praktikası həyata keçirilib. Bu müstəvidə zaman-zaman maraqlar toqquşub, torpaq sahələrinin dəqiq sərhədləri mübahisələrə səbəb olub. Güman ki, bu istiqamətdə qayda-qanunun yaradılması, qeydiyyatın ciddiləşdirilməsi üçün 2025-ci ildən başlayaraq sözügedən addımın atılması gözlənilir”.

N. Cəfərli onu da əlavə edib ki, yenidən qeydiyyata almaq prosesində fermerlərdən əlavə sənəd və əlavə ödənişlər tələb olunacaqsa, həmin addım narazılıqla qarşılanacaq.

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar Alimova 2025-ci ildən başlayaraq, fermerlərə ödənilən subsidiyaların yalnız dövlət reyestrindən çıxarışlar əsasında veriləcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram