Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub - FOTO

28-10-2021, 11:41

Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub - FOTO

DogruXeber.az: - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Arif Məmmədov təyin olunub.

"APA-Economics"in əldə etdiyi məlumata əsasən, o, bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində işləyib.

A. Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

O, həmçinin Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsi əldə edib.

A. Məmmədov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Xarici İşlər Nazirliyində və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.

Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram