Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

52 rayon və şəhər özünü necə dolandıracaq: Bu sualın cavabı yoxdur - İqtisadçı

28-10-2021, 13:06

52 rayon və şəhər özünü necə dolandıracaq: Bu sualın cavabı yoxdur - İqtisadçı

DogruXeber.az: - "52 rayon və şəhərin gələn il dövlət büdcəsindən vəsait almayacağı və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcəyi ilə bağlı hökümətin bir açıqlaması olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, 52 rayon və şəhərə gələn il dövlət büdcəsindən vəsait ayrılmayacağı və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcəkləri məsələsini şərh edərkən deyib. Ekspert bildirib ki, bu rayonların özlərinin vergitoplama səlahiyyəti yoxdur, yəni vergilər mərkəzləşdirilmiş qaydada toplanır:

"Rayon özü-özünü necə dolandıracaq? Çox güman ki, hökumətin hesablama mexanizmləri dəyişdirilib. Biz görməsək də, mərkəzləşdirilmiş qaydada görünür ki, hansı rayonun ərazisindən nə qədər vergi toplanılır. Bəlkə bunu nəzərdə tuturlar? Yəni o vergilərin bir hissəsini geri qaytarırlar, yoxsa həmin rayonlarda qeydiyyatdan keçmiş müəssisələrdən gələn vergilərimi hesablayırlar? Bax bunun mexanizmi haqqında dövlət və hökumət nümayəndələri, təəssüf ki, açıqlama vermirlər. Bələdiyyələr var. Digər ölkələrdə olduğu kimi, o cümlədən Türkiyədə böyük şəhər bələdiyyəsi var, onların öz büdcəsi, vergi toplamaq hüququ var, nəqliyyat bələdiyyəyə tabedir, kommunal xidmətlərin bir hissəsi bələdiyyələrə tabedir və onlar fəaliyyət göstərərək pul qazanaraq öz büdcələrini formalaşdırırlar. Axı bizdə elə deyil, rayon icra hakimiyyəti ayrıca iqtisadi fəaliyyətlə məşğul olmur. Ona görə də özünü dolandırma sualının cavabı yoxdur”.

Natiq Cəfərli hesab edir ki, indiki Azərbaycan idarəetmə formasında rayonlar özlərini dolandıra bilməz:

"Yəni onların hansı formada iqtisadi fəaliyyətlə məşğul olması nəzərdə tutulmayıb, ayrıca vergilərdən daxil olan büdcəsi yoxdur. Uzaqbaşı bəzi bələdiyyələrdə pullu xidmət var. O da çox cüzidir. Məsələn, Şuşa öz-özünü necə dolandıracaq? Şuşada otel var. Həmin otel fəaliyyət göstərir, qonaq-qara gəlir və ondan pul qazanır. Bu Şuşaya aid məsələ deyil axı, vəsaitlər mərkəzləşdirilmiş qaydada büdcənin vergi hissəsinə köçürülür. Burada mexanizmdə, yəni bunun açıqlamasında bir problem var. Prezident hökumət qarşısında hədəf qoymuşdu ki, rayonlar özləri-özlərini dolandırsınlar. Mənə elə gəlir ki, hökumət nümayəndələri də bəzi hesablama qaydalarına sadəcə dəyişiklik ediblər və bunu "özünüdolandırma” kimi təqdim edirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram