Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“İsrarla tələb edirəm ki, o da məhkəməyə gəlsin” - İlqar İmsayılov KİMİ ÇAĞIRDI?

28-10-2021, 14:53

“İsrarla tələb edirəm ki, o da məhkəməyə gəlsin” - İlqar İmsayılov KİMİ ÇAĞIRDI?

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılıb.

"DogruXeber.az" Musavat.com-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

İclas sənədlərin tədqiqi və elan olunması ilə davam edib.

Prosesdə İlqar İsmayılovun vəkilləri İlhamə Həsənova və Rəşad Əliyev məhkəməyə vəsatətlər təqdim ediblər.

Vəkillər bildiriblər ki, “İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatları adlı məlumatlar yaddaş kartına köçürülərək cinayət işi materiallarına əlavə edilib.

“Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqının gedişində məhkəməyə İlqar İsmayılov tərəfindən “İdeal Kompani”nin kassasına 18 mart 2014-cü ildə mədaxil edilmiş 1 milyon 13 min 528 manat, 02 aprel 2014-cü ildə 1 milyon 13 min 526 manat, 22.10.2014-cü il tarixdə 1 milyon 500 min, 01.08.2013-cü il tarixdə 939 800 ABŞ dolları ödənilməsi ilə bağlı mötəbər sübutlar təqdim edib. Eyni zamanda məhkəmədə şahid qismində dindirilən mühasib Samirə Quliyeva və şirkətin maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi – inkassator Həbib Qarayev həmin məbləğlərin İlqar İsmayılovun adından “İdeal Kompani”nin kassasına mədaxil edildiyini təsdiqləyiblər. İttiham tərəfi İlqar İsmayılovu “İdeal”dan 680 min manat mənimsəmədə ittiham edir. Lakin təqdim edilən sənədlərdən görünür ki, İlqar İsmayılov tərəfindən milyonlarla vəsait şirkətə mədaxil olunub” – vəkil İlhamə Həsənova bildirib.

Müdafiəçi söyləyib ki, iş materiallarında olan yaddaş kartına köçürülən şirkətin gündəlik kassa əməliyyatlarında həmin məbləğlərin mədaxil olduğu günlərə baxış keçirilsin və məsələ məhkəmədə araşdırılsın:

“Həmin vəsaitlərin köçürülməsi təsdiqini taparsa, İlqar İsmayılova qarşı mənmisəmə itithamı öz əhəmiyyətini itirir və buna görə də ona bəraət verilməlidir” – vəkil bildirib.

Məhkəmə vəsatəti təmin edərək, növbəti iclasda yaddaş kartına baxış keçirilməsinə qərar verib.

Müdafiə tərəfi digər vəsatətində bildirib ki, İlqar İsmayılova qarşı ittihamlardan biri də guya “İdeal Kompani” MMC-dən 1 iyun 2013-cü ildə 280 min manat məxaric edilərək “Şəhər bağları”nda mənzil alınması ilə bağlıdır:

“Bu ittiham da tamamilə əsassızdır və həmin məbləğ “İdeal Kompani” üçün icarə haqqı olaraq ödənilməsi üçün çıxarılmışdır və bunu təkzib edən sübutu – ev alqı-satqısını həyata keçirmiş şəxslər arasında razılaşmanı məhkəməyə təqdim edirik. Sənəddə qeyd edilir ki, həmin mənzil 23 aprel 2013-cü ildə sözügedən mənzil İlqar İsmayılov tərəfindən 280 min manata deyil, 1 milyon manata alınıb və vəsait tam şəkildə mənzilin sahibinə ödənilib”.

Vəkil İlhamə Həsənova həmin sənədi imzalamış şəxslərin məhkəməyə çağırılıb dindirilməsini xahiş edib.

Məhkəmə vəsatətin müzakirəsini növbəti iclasa saxlayıb.

Vəkil İlqar İsmayılovun digər ortağının nümayəndəsi Fuad Əliyevin də məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib.

İlqar İsmayılov da vəsatəti dəstəkləyib:

“Mənə qarşı ittiham irəli sürülür ki, digər təsisçiyə mənfəət çatdırılmayıb. Lakin bütün fəaliyyət göstərdiyi dövrdə mənfəətlər nümayəndəsi Fuad Əliyev vasitəsilə çatdırıləb. Mənim xeyrimə ifadə verəcək bu şahidin çağırılıb dindirilməsi ilə bağlı dəfələrlə vəsatət versək də, təmin edilmir. Bu isə mənim ədalətli məhkəmə araşdırması hüququmu pozur. Ona görə də Fuad Əliyevin məhkəməyə çağırılmasını israrla xahiş edirəm”.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb.

Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram