Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Azərpoçt”a yeni baş direktor təyin edildi – Yeni direktor kimdir?

“Azərpoçt”a yeni baş direktor təyin edildi – Yeni direktor kimdir?
9-04-2018, 13:56 400 dəfə baxılıb

“Azərpoçt”a yeni baş direktor təyin edildi – Yeni direktor kimdir?













Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

Bu, Emin Ramiq oğlu Əfəndiyevdir. O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib.

E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 1992-ci ildə Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb, 1996-2004-cü illərdə “Rossiyskiy Kredit” Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, İdarə Heyəti (İH) sədrinin müavini və sədri, 2004-2009-cu illərdə “AZAL Bank”ın İH sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin filial müdiri, 2015-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəmə bankında İH-nin sədri vəzifələrində işləyib/modern.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram