Bakı Apellyasiya Məhkəməsi 3 aydır qərarını vermir - NƏ BAŞ VERİR?

DogruXeber.az: - "Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin ləğv edildiyi qərardadı üzrə işə yenidən baxaraq “daxili inamı” ilə düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlunun pensiyasını son 3 ildə 3-cü dəfə DSMF -ə “yedirtməsindən” altı ay keçir".
Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hakimin “daxili inamı” o qədər “qıcqırıb” ki, nə özünə edilən etiraza baxıb, nə maraqlarına toxunan Qarabağ qazilərinin 3-cü şəxs qismində işə cəlb edilmələri haqqında vəsatətlərinə. Halbuki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı (HAKİMİN İŞİN BAXILMASINDA İŞTİRAKININ MƏHDUDLAŞDIRILMASI) maddəsinə görə, birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində İŞƏ BAXILMASINDA İŞTİRAK ETMİŞ HAKİMİN HƏMİN İŞƏ TƏKRAR MƏHKƏMƏ BAXIŞINDA İŞTİRAKI YOLVERİLMƏZDİR. İnzibati və Mülki Prosessual Məcəllənin 18-20-ci maddələrinin tələblərinə görə, belə hallarda hakim özü – özünə etiraz etməlidir. Nəriman Abıyev isə nəinki özünə etiraz edib, heç qazi iddiaçının etirazını da məhkəmə sədrinə baxmağa verməyib.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının, sədri Səadət Bəktaşi olan üçlüyünün üzvü Aida Hüseyn xanım da əvvəllər Elşad Şamayevin sədri olan heyətdə işin baxılmasında iştirak edib və qət edib ki, “İcra haqqında” qanunun 68.1.2 maddəsi TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏSİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNİ DOĞRULASA DA, “daxil inam” HAQQI bu maddəni qazinin Vətənə xidmət zamanı aldığı xəsarətlərə görə ödənilən pensiya məbləğinə yönəltməyə haqq verir. Hər iki instansiya, məhkəmənin icra sənədi olmadan, olsa belə, vurğuladığımız kimi, qanunun pensiyasına toxunmasını qadağan edən Qarabağ qazisini “daxili inam” HAQQI ilə cəzalandırıb. 03.08.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin iclasında yenə də hakimə etiraza baxılmayıb və aşağı instansiyanın qərarı 3 dəqiqəyə qüvvədə saxlanılıb. 3 dəqiqəyə elan edilən qərar 3 aydır verilmir ki, pensiyasından Suraxanı icra məmuru Vüsal Əliyevin məktubu ilə DSMF-in məhrum etdiyi qazi Ali Məhkəməyə kassasiya şikayəti versin. Hər iki instansiya iddiaçı Qarabağ qazisinin “borclu” edildiyi Suraxanı rayon məhkəməsinin icra vərəqəsinin məhkəməyə təqdim edilməsi haqqında vəsatətinə də baxmayıb. Halbuki, qazinin iddiasının əsasını, predmetini OLMAYAN İCRA SƏNƏDİ İLƏ PENSİYASINDAN TUTULAN MƏBLƏĞİN BƏRPASI VƏ DƏYƏN MADDİ-MƏNƏVİ ZİYANIN ÖDƏNİLMƏSİ təşkil edir. 3 ildir 3 məhkəmə instansiyası SURAXANI RAYON MƏHKƏMƏSİNİN İCRA SƏNƏDİNİ “TAPA BİLMİR” ! Amma olmayan icra sənədi, daha doğrusu “icra məktubu”, yazılı “icra donosu” ilə canını – qanını Vətən uğrunda verən Qarabağ qazisinin qanpulunu elə yeyirlər, elə yeyirlər, hələ də doymurlar.

Məhkəmə qərarlarının tərəflərə verilməməsi ciddi pozuntudur və buna görə Ombudsman özü haqqında Konstitusiya Qanununun 1.9 maddəsinə əsasən tədbir görməlidir. Lakin Bakı Apellyasiya Məhkəməsi nə Ombudsmanı , nə Məhkəmə Hüquq Şurasını, nə də digər bağlantılı orqanları eşidir. Səadət Bəktaşinin könlündən , yəqin, Ali Məhkəmə kürsüsünə oturmaq keçir. Elşad Şamayev kimi. 3 ildir 3-cü şəxs Qarabağ qazisinə vəkil ayırmaqdan imtina edən, iddiaçı Qarabağ qazisinin iddiasına 14 aydan sonra müdafiə hüququnu təmin etmədən baxan, kassasiya şikayəti verərsə evinin əlindən alınacağı ilə şantaj edən, hələ üstəlik qazilərə Yasamal məhkəməsində dələduz “Rəvan” sığorta şirkətinin olmayan şərəf və ləyaqətini alçaltmaq adı ilə cinayət işi sifariş edən hakim Ali Məhkəməyə təyinat alıbsa, Səadət Bəktaşi niyə almasın? Özbaşınalıqda heç də həmkarından geri qalmır. Yeri gəlmişkən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının, sədri Afaq Nuriyeva olan, Səadət Bəktaşiinin də içində olduğu heyət 3 aydır Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin Prezident fərmanını saxtalaşdıraraq iddianı mümkün saymayan qərardadını qüvvədə saxladığı aktı da

vermir . Sədri Xəyalə Cəmilova olan heyət isə 6 ay yarımdır 14.04.2021 tarixli qərardadı verməkdən imtina edir. Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun Məhkəmə Hüquq Şurasına üzv seçilməsi, bəlkə, tərəfləri “həsrətində olduqları” apellyasiya aktları ilə “qovuşdurar”. Gözləyək. 3 aya, 6 aya dözən bir ilə də dözər. Qanpuludur, yesinlər, amma qərarlarını verməlidirlər ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməklə burunlarından gətirmək mümkün olsun".

P. S. Bakı İnzibati Məhkəməsinin hakimləri Fərid Mədətlinin 15.05.2020 və 17.06.2020 tarixli “Azəriqaz”a qarşı , Rüstəm Kərimlinin ləğv edilmiş qərardadı üzrə Nərimanov bələdiyyəsinə qarşı 01.12.2020 tarixli ŞİFAHİ QƏRARLARININ 1-1,5 ildir (?) tərəflərə verilməsindən imtina edilir! (?)

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Oxunub: 410

Son xəbərlər

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşdı

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

“Makronun anti-Azərbaycan planı iflasa uğrayıb” - “Le Fiqaro”

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

D vitamini çatışmazlığının gözlənilməz əlaməti

İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? - 3 milyonluq kredit mübahisəsi...

Siciliya Adalarında istirahətə yolanan təhsil rəhbərləri kimlərdir? ARAŞDIRMA

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Yemək büdcəmizi “yeyir”

“Qazprom” təsdiqlədi: Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir

Bu ölkədə beş əsgərin ölümündən sonra hərbi təlimlər dayandırılıb

Qəhvə içmək bağırsaq xərçənginə yoluxma riskini azaldır — ARAŞDIRMA

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq — RƏSMİ

Qalada qanunsuz tikililər söküldü - FOTO // VİDEO

Əhməd təcridxanaya qaytarıldı

Parklanmadan daxilolmalar xərcləri qarşılamır - AYNA-dan AÇIQLAMA

Rusiya sanksiyalara görə Çin, Türkiyə və BƏƏ-dən neftin pulunu ala bilmir

Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər (VİDEO)

Bütün xəbərlər