Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəhid bulağında şərab soyutduğu iddia olunan deputatın daha bir şübhəli tender müqaviləsi...

1-11-2021, 14:44

Şəhid bulağında şərab soyutduğu iddia olunan deputatın daha bir şübhəli tender müqaviləsi...

"DogruXeber.az" informasiya agentliyində, həmçinin digər sosial medialarda artıq uzun müddətdir ki, hər gün bir çox dövlət qurumlarının şübhəli tender müqavilələri barəsində məlumatlar yayımlanır.

Hansı ki, hər gün "Dövlət satınalma Portalı"nda haqqında heç bir məlumat göstərilmədən imzalanmış müqavilələri görürük. Onlardan bir neçəsinin haqqında heç bir məlumat görmədikdə, yaranmış suallarımıza aydınlıq gətirilməsi üçün tərəfimizdən həmin qurumların elektron ünvanına rəsmi sorğu göndəririk.

Yeri gəlmişkən onu da qeyd edək ki, sorğu göndərdiyimiz qurumların əksəriyyəti sorğumuzu cavabsız qoyurlar. Yəqin, deyiləcək söz tapmadıqları üçün susmağı üstün tuturlar.

Bəziləri isə (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Masallı rayon Mərkəzi Xəstəxanası, və s) "üzümüzə durub" gözümüzün gördüklərini bizə dandırmağa çalışır ki, "Dövlət Satınalma Portalında məlumat yerləşdirilib".

Sorğumuzu bir aydan artıq müddətdir ki, cavabsız qoyan dövlət qurumlarından biri də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.

Sentyabr ayının 23-də Fondun direktoru Mahir Abbaszadənin elektron ünvanına göndərdiyimiz sorğu nəyinki 24 saatı, 24 günü keçməsinə baxmayaraq, hələ də cənab M.Abbaszadə "susmaq qızıldır" prinsipini israrla qoruyur.

Ən azından bəzi başqaları kimi "məlumatları portalda göstərmişik" deyib, özünü daha da şübhələndirmir.

Görünür Mahir müəllimin arası "qızıl"la yaxşıdır. Buna görə də "başını aşağı salıb" sərvətini toplamaqla məşğuldur.

Yeri gəlmişkən qeyd edək ki, Mahir Abbaszadə Laçın rayonunun Güləbird kəndindəndir və eyni zamanda Laçın rayonunu Milli Məclisdə təmsil edir.(Hərçənd ki, Laçın rayon sakinləri bu ifadə ilə razılaşmırlar. Çünki, Mahir Abbaszadə təmsil etdiyi rayonun sakinləri üçün heç bir fəaliyyət göstərmədiyini deyirlər)
"Başını aşağı salıb, heç kimin işinə qarışmadığı üçün" "lal deputat" ləqəbini qazanan M.Abbaszadə deyəsən göründüyü qədər də "səssiz və fəaliyyətsiz" deyil.

Belə ki, sosial medialarda deyilir ki, M.Abbaszadə təsisçisinin özü olduğu, sonradan Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirdiyi, cəmi 10.00 AZN nizamnamə kapitalı olan "AZ.İNŞAAT-M.V." MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib.

Özü danışmasa da, haqqında çox şeylər danışılan deputatın barəsində yaxın keçmişimizdə daha bir qalmaqallı məlumat yayıldı ki, Mahir Abbaszadə işğaldan azad olunan Laçına səfər edib. Özü də əliboş getməyib. Gedərkən özü ilə "yeyib-içmək" də götürüb. Səfər yay aylarına təsadüf etdiyindən, içkilər yolda isinib. Mahir müəllim də çarəni içkiləri şəhid bulağında sərinlətməkdə görüb.

Yeri gəlmişkən, deyilənə görə o hələ ötən il müharibə davam etdiyi, hər gün şəhid xəbəri aldığımız günlərdən birində - oktyabrın 27-də özünə təmtəraqlı ad günü də keçirib.

Əlqərəz...

Yuxarıda da qeyd etdiyimiz kimi sentyabr ayının 23-də "DogruXeber.az" informasiya agentliyi adından Mahir Abbaszadənin elektron ünvanına rəsmi sorğu göndərdik.

Sorğu Mahir Abbaszadənin direktoru olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun «Diadem» QSC ilə bağladığı tender müqaviləsinin Dövlət Satınalma Portalında göstərilməməsiylə bağlı yaranmış suallarımızdan ibarət idi.

Sözügedən «Diadem» QSC barəsində də internet üzərindən xeyli axtarış etdik.

Tapdığımız məlumatlar isə yalnız aşağıda gördüklərinizdən ibarət oldu.

Şəhid bulağında şərab soyutduğu iddia olunan deputatın daha bir şübhəli tender müqaviləsi...

Şəhid bulağında şərab soyutduğu iddia olunan deputatın daha bir şübhəli tender müqaviləsi...

Şəhid bulağında şərab soyutduğu iddia olunan deputatın daha bir şübhəli tender müqaviləsi...

Şəhid bulağında şərab soyutduğu iddia olunan deputatın daha bir şübhəli tender müqaviləsi...

Şəhid bulağında şərab soyutduğu iddia olunan deputatın daha bir şübhəli tender müqaviləsi...


Hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, eyni zamanda Laçın rayonunun Millət vəkili olan Mahir Abbaszadənin nəyinki millət üçün, heç təkcə Milli Məclisdə güya təmsil etdiyi Laçın rayon sakinləri üçün də hər hansı uğurlu bir işin, layihənin müəllifi olduğu barəsində heç yerdə, heç bir məlumata rast gəlməsək də, bağladığı milyonlar dəyərində tender müqavilələrinə Dövlət Satınalma Portalından başqa, çox saytlarda rast gəlirik.

Şübhəli tender müqavilələri barəsində nə göndərilən sorğulara cavab verməyən, nə də yayılan məlumatlara bir aydınlıq gətirməyən dövlət məmuru Mahir Abbaszadə jurnalistlərə verməsə də, ümid edirik ki, müqavilələrdə bəhs edilən məbləğlərin açıqlamasını tezliklə aidiyyəti üzrə verəcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram