Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Aygun city” uşaqların əyləncəsini burnundan gətirir - GİLEY

1-11-2021, 16:38

“Aygun city” uşaqların əyləncəsini burnundan gətirir - GİLEY

DogruXeber.az: - Ölkədə oktyabrın 1-dən ticarət mərkəzləri və uşaq əyləncə məkanları fəaliyyətini bərpa etsə də, qiymətlərdə dəyişiklik müşahidə olunur. Hətta bəziləri soyğunçuluq “prinsipini” üstün tutmaqdadır. TİA.Az-ın əməkdaşı bildirir ki, belə məkanlardan biri “Aygun city” ticarət mərkəzidir. Burada yerləşən uşaq əyləncə mərkəzi sanki valideynlərə qənim kəsilib. Müxbirimiz qeyd edir ki, qiymətlər son dərəcə baha, absurd və reallıqdan uzaqdır. Məsələn, tullanmaq yerində 5 dəqiqə oynamaq üçün 1 manat ödəməlisən. Başqa yerlərdə azı 10-15 dəqiqədir, burada isə ticarət mərkəzi rəhbəri xəsislik edərək 5 dəqiqədən artıq rəva bilmir və əyləncə mərkəzinin əməkdaşı dərhal adamın başının üstünü kəsdirib vaxtın bitdiyini nəzərə çatdırır. Digər əyləncə növləri də həm qiymət cəhətdən münasib deyil, həm də olduqca az vaxt verilib. Bununla uşaqların əyləncəsini onların burnundan gətirirlər. Eyni zamanda restoranında da qiymətlər bahadır. Bunu başqa biznesdə etməyi yenə anlayışla qarşılamaq olar, amma uşaqların əyləncə mərkəzində gestapo rejimi qurmaq və “Hacı Qara” kimi davranmaq heç bir iş adamına başucalığı gətirməz.

“Aygun city” uşaqların əyləncəsini burnundan gətirir - GİLEY

“Aygun city” uşaqların əyləncəsini burnundan gətirir - GİLEY






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram