Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - NARAZILIQ!

DogruXeber.az: - "Bakı İnzibati Məhkəməsinin vətəndaşların məhkəmə təminatı hüququna qadağa qoyması, tərəfləri çağırmadan, iclas keçirmədən, köhnə tarixə tərəflərə təqdim edilməyən şifahi aktlarla özbaşınalıq etməsi adi iş normasına çevrilib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Nə yazıq, nə Məhkəmə Hüquq Şurasının, nə Ombudsmanın , nə də hüquq mühafizə orqanlarının bu qeyri -prosessual iş normasına son qoymaqda nə peşəkarlığı , nə qətiyyəti və nə də marağı var. Sözügedən nəzarətedici və müvəkkillik qurumlarının görəvi, elə bil, poçtalyonluqdur, şikayətləri “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015 tarixli qanunun tələbinə qarşı çıxaraq barəsində şikayət edilən quruma və vəzifəli şəxsə göndərib, aldıqları qanunsuz cavabları şikayət edənə bildirməklə görəvlərini yerinə yetirmiş sayırlar.

Artıq 13 və 30 ildir “Azəriqaz” Qarabağ qazisinin yaşayış və qeyri -yaşayış otaqlarının çöldən Kombi sistemilə qızdırılması üçün qazla təminatdan imtina edir. Bağlantılı icra hakimiyyəti orqanları , insan hüquqları üzrə müdafiə qurumları da özbaşınalığa hüquqi qiymət verilməsini təmin etmək əvəzinə, “Azəriqaz”ın özbaşınalığını müdafiə etdiyindən , məhkəməyə müraciət edən qazinin 5 il qabaqkı iddiası 1 saylı, 2 saylı inzibati -iqtisadi, apellyasiya, kassasiya instansiyalarını “gəzib -dolaşıb” , axırı 2 ilə yaxındır Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətlinin icraatında “yatır” . Heç demə, bu hakim pandemiyanın qadağan etməsinə baxmayaraq, tərəfləri çağırmadan iki akt qəbul edib. 15.05.2020 tarixli müvəqqəti xarakterli müdafiə tədbiri kimi iddianın təmin edilməsindən imtina barədə qərardad və 17.06.2020 tarixli qazla təminatdan imtina barədə qərar. Təsəvvür edin, məhkəmə (hakimi) iddiaçı qazi istehlakçının qaz xidmətindən məhrum edib. Hələ də məhkəmə aktları rəsmi qaydada verilmədiyindən, qazinin qazdan məhrum edilməsi məhkəmə təminatı hüququndan da məhrum edilməsi ilə sonuclanıb.

Rüstəm Kərimlinin Qarabağ qazisini məhkəmə təminatı hüququndan məhrum etməsi isə kriminal serialları xatırladır. Təsəvvür edin, bu rüşvət hakimi 15.10.2014-cü ildə Nizami bələdiyyəsi və icra hakimiyyətinə qarşı torpaq sahəsinin ayrılması haqqında Qarabağ qazisinin iddiasını gizlin mümkün saymayıb ki, mübahisə mülki xarakterli olduğundan ümumi məhkəmədə baxılmalıdır.(?) 5 il sonra Nərimanov bələdiyyəsinə qarşı iş üzrə eyni hakim eyni - 15.10.2019 tarixli qərardadla gizlin icraata xitam verib ki, iddia geri götürülmüş sayılmalıdır. Bakı Apellyasiya Məhkəməsi bu qərardadı özünün 05.03.2020 tarixli qərardadı ilə ləğv edib və işi baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarıb. Rüstəm Kərimlinin Sabunçu məhkəməsində hakimlik etməsinə və ləğv edilmiş qərardadı üzrə işə hakim təyinatının yolverilməzliyinə arxalanıb , işə başqa hakimin haçan baxacağı günləri sayan iddiaçı Qarabağ qazisi , bir də onda ayılır ki, Rüstəm Kərimli cavabdeh Nərimanov bələdiyyəsindən götürdüyü rüşvəti saymaqdadır. “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı, Mülki və İnzibati Prosessual Məcəllənin 18-20 -ci maddələrinə qarşı çıxan hakim Bakı İnzibati Məhkəməsinə ezam olunub və “təsadüfən” ləğv edilmiş qərardadı üzrə işə sədr Araz Hüseynovun “xeyir -duası” ilə təyinat alıb ! Mütəşəkkil korrupsiya faktından təsadüfən soraq tutan qazinin etirazına və işin başqa vicdanlı hakimə verilməsini tələb etməsinə də baxılmayıb və indi də baxılmır. Əksinə, məsləhətçi –“hakimlər” elektron qaydada bildiriblər ki, köhnə -01.12.2020 tarixli qərardadla 3 ildən çoxdur mümkün sayılıb icraatına qeyri-prosessual ilişgi sonucunda xitam verilən iddia mümkün sayılmayıb. İddiaçı yenə də işə baxılmasını tələb edir, Ali Məhkəmənin qərarı ilə həmin dönəmdə işə baxılmasının dayandırıldığı nədəni ilə heç bir iclasın keçirilmədiyini və qərar qəbul edilə bilməzliyini vurğulayır. Məhkəmənin işi dayandırıldığı halda, Rüstəm Kərimli necə məhkəmədən kənar qərardad qəbul edə bilər? Lap edibsə, niyə qərar İnzibati Prosessual Məcəllənin tələbinə uyğun olaraq bir ildir rəsmi qaydada verilmir? 2 ay qabaq məhkəmədən zəng edib, ünvanı dəqiqləşdirib, göndəriləcəyini deyən Rüstəm Kərimlinin keçmiş köməkçisi hələ də sözünə əməl etməkdə acizdir. Axı, məhkəmə qərarı yoxdur, şifahi (hoqqa) çıxarılıb .

Noyabrın 5-də kuryer olduğunu bildirən şəxsin Bakı İnzibati Məhkəməsindən məktubu telefonla çatdırmaq təklifinə qanunvericiliyin yol vermədiyi bildirilib. Məhkəmə (hakimləri) belə özbaşınalıqla qanunsuzluqlarını ört-basdır etmək, məhkəmə sənədinin vaxtında verilməsi görüntüsü yaratmaq və müddətin buraxılmasını üzrsüz sayıb məhkəmə təminatı hüququna qadağa qoymaq niyyəti güdür. Bir daha qeyri-prosessuallıqda peşəkarlıq sərgiləyən, yüksək hakim adına ləkə gətirənlərin diqqətinə Mülki Prosessual Məcəllənin 134 və 135-ci maddəsinin tələblərini çatdırırıq :135.1. “Bu Məcəllənin. .134-cü maddəsində sadalanan MƏHKƏMƏ SƏNƏDLƏRİ “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş SİFARİŞLİ POÇT GÖNDƏRİŞİ (MƏKTUBU) İLƏ ÇATDIRILIR. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən MƏHKƏMƏ İŞÇİSİNƏ tapşırıla və ya işdə iştirak edən ŞƏXSİN RAZILIĞI İLƏ həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, ..qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə , ...ünvan sahibinə şəxsən verilir . “ Bəlkə kuryer məhkəməyə işə qəbul edilib? İstənilən halda məhkəmə (və poçt) məktubun göndərilmə tarixini möhür-ştampla doğrulamalıdır.

Məhkəmə sənədlərinin çatdırılması haqqında dərsin qalanını növbəti yazılara saxlayaq. Qarşı yanın nəzarətedici qurumlara mövqe sərgiləməyə məcburluğunu inzibati, mülki və cinayət qanunvericiliyi doğrulayır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Oxunub: 548

Son xəbərlər

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşdı

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

“Makronun anti-Azərbaycan planı iflasa uğrayıb” - “Le Fiqaro”

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

D vitamini çatışmazlığının gözlənilməz əlaməti

İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? - 3 milyonluq kredit mübahisəsi...

Siciliya Adalarında istirahətə yolanan təhsil rəhbərləri kimlərdir? ARAŞDIRMA

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Yemək büdcəmizi “yeyir”

“Qazprom” təsdiqlədi: Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir

Bu ölkədə beş əsgərin ölümündən sonra hərbi təlimlər dayandırılıb

Qəhvə içmək bağırsaq xərçənginə yoluxma riskini azaldır — ARAŞDIRMA

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq — RƏSMİ

Qalada qanunsuz tikililər söküldü - FOTO // VİDEO

Əhməd təcridxanaya qaytarıldı

Parklanmadan daxilolmalar xərcləri qarşılamır - AYNA-dan AÇIQLAMA

Rusiya sanksiyalara görə Çin, Türkiyə və BƏƏ-dən neftin pulunu ala bilmir

Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər (VİDEO)

Bütün xəbərlər