Milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır

Milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, 1995-ci ilin 12 noyabr tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Xalqın iradəsi və demokratik prinsiplər əsasında qəbul edilən Konstitusiya ümumilikdə ölkəmizin tarixinin 4-cü konstitusiyası olsa da, müstəqil Azərbaycanımızın ilk Konstitusiyasıdır. 1995-ci il noyabrın 27-də hüquqi qüvvəsini alan Konstitusiya dövlətimizin ən ali qanunu olmaqla, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd olmuşdur. Qeyd etmək zəruridir ki, Konstitusiyamız Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyası tərəfindən hazırlanmışdır. Konstitusiyanımızın məhz Ulu Öndərimizin dərin elmi bilikləri, uzaqgörənliyi və həyata keçirdiyi islahatların nəticəsi olaraq qəbul edildiyini vurğulamağı xüsusilə vacib hesab edirik.
Ümummilli Liderimiz Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
158 maddədən ibarət olan Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir və bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Konstitusiyamız həmçinin, Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğunun da əvəzsiz təminatçısı kimi çıxış edir. Müstəqil və səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılmasında mühim rol oynayan Konstitusiyamız müasir demokratiyanın başlıca prinsiplərindən biri hesab edilən hakimiyyət bölgüsü prinsipini də özündə əks etdirir. Qeyd etmək lazımdır ki, Konstitusiyanın qəbulu azad bazar iqtisadiyyatına keçidin hüquqi əsasını qoymuş və həmçinin, sosial dövlətçilik istiqamətində islahatların həyata keçirilməsində mühüm rol oynamışdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı

Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir.1991-ci il 18 oktyabr tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul olundu və dövlət müstəqilliyi əldə edildi. Yeni Konstitusiyanın işlənib hazırlanması və qəbul edilməsi müstəqillik əldə edildikdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm və başlıca vəzifələrdən biri olmuşdur. Azərbaycan xalqı yalnız 18 oktyabr 1991- ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk həqiqi Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Bundan sonra konstitusiya layihəsini hazırlamaq üçün 2 komissiya yaradılsa da, faktiki olaraq, heç bir iş görülməmişdi. Yalnız Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ulu öndərin sədrliyi ilə konstitusiya layihəsi hazırlanmışdır. Belə ki, 2 may 1995-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Dövlət komissiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiyanın layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə verilmək üçün 1995-ci il oktyabrın 15-də mətbuatda dərc edildi. Azərbaycan ictimaiyyəti yeni Konstitusiya layihəsinin müzakirəsində böyük fəallıq göstərərək Konstitusiya layihəsinə 2450 təklif verdi. Səsvermədə iştirak etmiş 3.566.277 seçicidən 3.267.538 nəfəri, yəni 91,9 faizi təklifə “Hə” cavabını verdi. Beləliklə, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Müstəqil dövlətimizin ilk Konstitusiyası respublikamızın əvvəlki Konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və əvvəlki Konstitusiyalarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdir. Lakin yeni Konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində göstərilir ki, Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları Konstitusiyanın müddəalarına uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra Milli Məclis Avropa qanun və qərar qəbul etmişdir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır

Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.
Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair.
Konstitusiyanın əsas məqsədi insan hüquq və azadlıqlarının təminatıdır. Konstitusiya bir “ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasındakı münasibətləri müəyyən edir. İnsan hüquqlarının prioritetliyini konstitusion kateqoriyaların Konstitusiyanın strukturunda əks olunan ardıcıllıqdan da müşahidə etmək olar. Konstitusiyanın əsaslarını müəyyən edən bölmədən sonra ən birinci və böyük bölmə insan haqlarına və vəzifələrinə ayrılıbdır. Konstitusiyanın 12-ci maddəsi isə bəyan edir ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”.
Sevindirici haldır ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev dövlətçilik kursunu uğurla davam etdirir. Ölkədə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbycan Ordusu 30 ildir işğalda olan torpaqları azad etdi. Ölkəmiz Konstitusiya gününü bütöv Azərbaycan olaraq qeyd edir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri



Hər bir dövlət haqqında təəssürat həmin ölkənin Konstitusiyası ilə tanışlıqdan başlayır

Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürərək bununla bağlı yaradılmış xüsusi Komissiyaya şəxsən rəhbərlik edən Ümummilli lider Heydər Əliyev xalqımızın milli mənəvi dəyərlərini, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq müasir Konstitusiyanı yaratmaqla hüquqi dövlətin Azərbaycan modelini gerçəkləşdirmişdir.
Ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən və ali hüquqi qüvvəyə malik olan Konstitusiyamızda demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edilmiş, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.
Əsas qanunun qəbulundan sonra ümummilli liderin rəhbərliyi ilə ictimai həyatın bütün istiqamətləri üzrə, xüsusilə hüquq sahəsində köklü islahatlara başlanılmış, yeni məhkəmə sistemi formalaşdırılmış, demokratik dövlətə xas olan təsisatlar, o cümlədən konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi yaradılmışdır. Eyni zamanda, dövlətin cəza siyasətində əsaslı dəyişikliklər edilərək cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verilmiş, ölkəmizdə Əfv institutu bərpa olunmuş, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmişdir.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının bəyan olunma dərəcəsinə görə Azərbaycan Respublikasının Konstitusiyası 1948-ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” 1950-ci il tarixli Avropa Konvensiyası, “İqtisadi, sosial və mədəni hüquqlara dair 1966-cı il tarixli Beynəlxalq Pakt”, “Mülki və siyasi hüquqlara dair 1966-cı il tarixli Beynəlxalq Pakt”, “Mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakta” 1966-cı il tarixli fakültativ protokol, Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il tarixli Yekun aktı da daxil olmaqla beynəlxalq – hüquq standartlarının bütün tələblərinə cavab verir.
İnsan hüquqları sahəsində tənzimləyici milli mexanizmlərin təkmilləşdirilməsi işi davam etdirilmiş, ölkəmiz bu sahədə mühüm beynəlxalq sənədlərə qoşulmuş, konvension normaların implementasiyası baxımından “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun böyük əhəmiyyəti olmuşdur. Hesab edirik ki, müasir dünyamızda gedən hazırki proseslər, beynəlxalq səviyyədə mövcud olan ikili standartlar, kütləvi insan tələfatlarına gətirib çıxaran ekstremizm tendensiyaları bütün mütərəqqi qüvvələri insan haqlarının müdafiəsi, pozulmuş hüquqların bərpası, qaçqın və məcburi köçkün məsələlərinə xüsusi diqqət yetirilməsinə səfərbər etməlidir. Qeyd etməliyəm ki, bu baxımdan “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbulu da əhəmiyyətli olmaqla, ölkəmizdə tolerantlıq və multikulturalizm mühitinin daha da inkişafına öz töhfəsini verəcəkdir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ulu Öndər Heydər Əliyevin rolu

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, 1995-ci ilin 12 noyabr tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Xalqın iradəsi və demokratik prinsiplər əsasında qəbul edilən Konstitusiya ümumilikdə ölkəmizin tarixinin 4-cü konstitusiyası olsa da, müstəqil Azərbaycanımızın ilk Konstitusiyasıdır. 1995-ci il noyabrın 27-də hüquqi qüvvəsini alan Konstitusiya dövlətimizin ən ali qanunu olmaqla, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd olmuşdur. Qeyd etmək zəruridir ki, Konstitusiyamız Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyası tərəfindən hazırlanmışdır. Konstitusiyanımızın məhz Ulu Öndərimizin dərin elmi bilikləri, uzaqgörənliyi və həyata keçirdiyi islahatların nəticəsi olaraq qəbul edildiyini vurğulamağı xüsusilə vacib hesab edirik. Ümummilli Liderimiz Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru



Yeni Konstitusiyanın qəbulu davamlı inkişafın əsasını qoydu

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür və SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il keçir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul edilib. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Əsas Qanunun qəbul edilməsinin lehinə səs verib.
1995-ci il 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru



Milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edən Konstitusiya

Müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat verən, cəmiyyətin sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişklik yaradan, sovet konsititutsiaysından fərqli olaraq insan və vətəndaş hüquqlarına fərqli mövqedən yanaşan müstəqil Azərbaycan Respublikasının Konstitiusiyası 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur və fəxrlə deyə bilərik ki, bu Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir.
“Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratikdövlətlərinin əldə etdiyinailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”-deyən Ulu Öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosofların elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli konstitusiyasını yaratdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91, 9 faizi Konstitusiyanın qəbul olunması lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiyanın qəbuludövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunundaha da artması baxımından mühüm bir hadisə idi.
Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoyması idi. Əsas Qanunumuz dünyada elə nadir konstitusiyalardandır ki, burada demokratik hüquqidövlətin bütün prinsipləri -qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdir.

Şəhla Eminova –əməkdar müəllimə



Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi

1918-1920 -ci illərdə illərdə 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti Əsas Qanunu qəbul edə bilməsə də, müstəqillik tariximizdə mühüm rol oynadı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının müstəqillik tarixində oynadığı roldan bəhs edərkən demişdir:”1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyətibizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısıbirlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həmintellektual, həm də mədəni potensialını yaradıbdır”.
İlk konstitusiyanın yaranma tarixi sovet dövrünə düşür, belə ki, Azərbaycanın ilk konstitusiyası 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də 4-cü Ümumazərbaycan Sovetlər qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927 -ci il martın 26-da 5-ci Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-nin növbəti konstitusiyası təsdiq edilib. 1937-ci il martın 14 -də 9-cu Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni konstitusiyası qüvvəyə minib. Müxtəlif illərdə konstitusiyada dəyişikliklər edilsə də, bütün bunlar Azərbaycan üçün formal bir xarakter daşıyırdı.
1977-ci ildə SSRİ yeni konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR -in konstitusiya layihəsi yenidən hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədarAzərbaycan SSRİ Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”
Dövrdən asılı olmayaraq, Ulu Öndər hər zaman ölkəsi, xalqıüçün əzmləçalışaraq, ölkəsinin, xalqının gələcəyini qurub. Yeni, mütərəqqi Konstitusiyamıza əsaslana nmükəmməl hüquq sistemini yaradan Ulu Öndər hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə orqanları üzərində başlıca vəzifə olaraq qoydu.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri



Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ulu Öndər Heydər Əliyevin rolu

Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın qəbul olunmuş ilk konstitusiyasıdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də Ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
1993-cü ildən 1995-ci ilə kimi olan dövrdə ümummilli lider ölkədə siyasi sabitliyin bərpası, demokratik dövlət quruculuğu ilə bağlı şəraitin təmin edilməsi, xaosa son qoyulması və vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın bərpası ilə bağlı addımların atılması, xarici investorların Azərbaycana cəlb edilməsi, bütün bu kimi vəzifələrin öhdəsindən gələ bildi. Və təbii ki, dövlətin qarşısında duran bu əhəmiyyətli məsələləri həll etdikdən sonra heç şübhəsiz ki, siyasi sistemin ən mühüm elementi olan Konstitusiyanın qəbul edilməsi zərurəti ortaya çıxdı. Çünki bu dövlətin ana qanunudur. Bütün proseslər məhz onun əsasında tənzimlənməlidir. Bu reallıqdan çıxış edərək ümummilli lider Konstitusiya komissiyası yaratdı. Prosesi tam öz nəzarətində saxladı, ideyalarını verdi, istiqamətləri müəyyənləşdirdi. Nəticə etibarilə, 1995-ci ildə noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinə nail oldu. Bu sənəd müasir dövrümüzün ən təkmil Konstitusiyalarından biri sayılır.

Vəfa Xəlilli – Gəncliyə Dəstək ictimai birliyinin sədri



KONSTİTUSİYA VƏ MİLLİ İDEOLOGİYANIN VƏHDƏTİ

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycanın Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndər Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlib. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.
İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəlib.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapıb. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının – azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.
Heydər Əliyev həm konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi – müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl dövlətçilik maraqları – güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır.
Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə – millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, fəal insanlar kimi görürdü. Ümummilli lider deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru



Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı

Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək üçün xalqın böyük təkidi ilə hakimiyyətə dəvət edilən Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi, böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlarla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi. dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
İstər əsrin əvvəllərində cümhuriyyət dönəmində, istərsə də müstəqilliyimizin ilk dövrlərində dövlətçiliyimizin hüquqi əsaslarını yaratmaq mümkün olmamışdır. Ölkədə yaşanan xaos, siyasi pərakəndəlik bu kimi mühüm addımların atılmasını əngəlləmişdir.
1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi və təşkilatçılığı ilə Konstitusiya komissiyası formalaşdırıldı. 12- noyabrda ümumxalq səsverməsinə çıxarılan qanun layihəsi səs çoxluğu ilə qəbul edilərək noyabrın 27-də hüquqi qüvvəyə mindi.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən ,cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sistemlərini özündə birləşdirən, dövlət idarəçiliyində hüquqi baza rolunu oynayan mühüm bir sənəd idi.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



İnsan hüquqlarının aliliyini müəyyən edən-Konstitusiya

Konstitusiya dövlətin ali qanunudur və ali hüquqi qüvvəyə malikdir. Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Müasir dövrdə hüquqi termin kimi işlədilən “konstitusiya” sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. İnsan hüquqları və azadlıqlarının təsbit olunması, təmin edilməsi və həyata keçirilməsi üçün şərait və hüquqi mexanizm yaradılması ilə əlaqədar məsələlər ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapır.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi mühüm amillərə xidmət edir. İnsan hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir prinsip kimi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunur və hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insan hüquq və azadlıqlarına dair beynəlxalq standartlara əsasən uyğundur və insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün təminatlı qanunvericilik bazası yaradır.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru


Oxunub: 320

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər