Azərbaycan millisinin həndbolçuları GİLEY EDİR - "Federasiyada özbaşınalıqdır"

DogruXeber.az: - "Xalqımızın necə əziyyətlər çəkərək, şəhidlərinin qanı bahasına işğal altında olan torpaqlarımızı geri qaytardığı hər kəsə məlumdur. Buna görə də haqlı olaraq Azərbaycan Rspublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulub, bu gün qeyri-iş günü elan olunub. Bu günü hər kəs kimi, biz - milli komandanın həndbolçuları da canlarından keçmiş şəhidləri yad etmək, onların məzarını ziyarət etmək istəsək də, Azərbaycan Həndbol Federasiyası yığma üzvlərini təzyiq altında məcburən məşqlərə cəlb edib".

"Report"un məlumatına görə, bu fikirlər kişi həndbolçulardan ibarət Azərbaycan millisinin üzvləri gənclər və idman naziri Fərid Qayıbova ünvanladıqları məktubda əksini tapıb.

Oyunçular bildiriblər ki, Azərbaycan Həndbol Federasiyasının (AHF) belə bir addımı eyni zamanda qeyri-iş günündə heç bir əsaslandırma olmadan məcburi əməyə cəlb edilmə deməkdir: "Halbuki federasiya rəhbərliyinin özü qeyri-iş günləri olduğu üçün həmin tarixdə işləmir".

Həndbolçular həmçinin aylıq maaşlarının zamanında verilmədiyini, verildiyi halda isə yarısının kəsildiyini söyləyiblər. Onların fikrincə, federasiyanı kimlərin necə idarə etdikləri heç kəsə məlum deyil və bu qurumda özbaşınalıq hökm sürür.

Yığma üzvləri problemlərin həlli, üzləşdikləri haqsızlıqlara son qoyulması üçün nazirdən kömək istəyiblər: "AHF-dəki özbaşınalıq və hərc-mərcliyin qarşısının alınması, idarətetməyə nəzarət olunması, bu idman növünün ölkədə inkişaf etdirilməsi, gənc və həvəsli həndbolçuların əmək haqlarını vaxtlı-vaxtında almaları, hüquqlarının qorunması üçün lazımi göstərişlər verməyinizi və öz qayğınızı əsirgəməməyinizi xahiş edirik".

Müraciəti Nicat Əzizov, Üzeyir Səlimov, Cavid İsmayılov, Orxan Əliyev, Rəsul Şərifli, Hacı İsmayılov, Saleh Vəliyev, Kamil Məmmədzadə, Vadim Skrebtsov, Xaliq Məlikov və Elşad Məmmədyarov imzalayıblar.

Qeyd edək ki, Azərbaycan həndbolçuları noyabrın 10-da Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə toplaşaraq, federasiya rəhbərliyi görüşə gəlməyənədək məşqləri boykot edəcəklərini bildiriblər.

AHF-in prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.


Oxunub: 158

Son xəbərlər

"Qala Sığorta" vətəndaşın pulunu ödəmir - NARAZILIQ!

Qarabağdakı erməni silahlılar tərk-silah edilməlidir - Bunu aradakı anlaşma da zəruri edir...

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Eldar Əzizov onu Aparat rəhbəri TƏYİN ETDİ

Səhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR... - NARAZILIQ VAR!

İcra Başçısı “Qırmızı Kitab”A Düşən Ağacları Kəsdirir

Əfv Komissiyası 400-dən çox müraciətə baxıb

Müharibə başlayandan Azərbaycan Ukraynaya nə satıb? - SİYAHI

BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ

Ermənistanın yubatdığı DANIŞIQLAR... - "Antiterror əməliyyatı həyata keçirmək lazımdır"

Şəkidə baş həkimin maşınını yandıran Muradın işinin TƏFƏRRÜATI

Cavanşir Feyziyev vəzifəsindən AZAD EDİLDİ

Lukaşenko Rusiyada Putinlə görüşəcək

Gecə 13-15° isti, gündüz 23-25° isti olacaq

Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş - FOTO

Hikmət Hacıyev İstanbulda TDT-in toplantısına qatıldı

Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...

Azərbaycanın ƏN YAŞIL ŞƏHƏRİnin QARA GÜNLƏRİ - Mingəçevirin kim altını-üstünə çevirir...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...

Ukraynada döyüşlərlə bağlı SON VƏZİYYƏT

MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

Bu sahədə çalışanların maaşı artdı

Fəzail Ağamalıda bunca sərvət hardandır? - SİYAHI

Azərbaycan neftinin qiyməti 117 dolları ötdü

Əgər Rusiya bizim dostumuzdursa... - Overçuk İrəvana niyə gedib?

Ölkədən qaçan sabiq aparat rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT

Ordubadda camaat HAQQINI ALA BİLMİR... - GİLEY

“Whatsapp”da yeni funksiya

Bütün xəbərlər