Deputatdan Qarabağdakı RUS ÖZBAŞINALIĞINA ETİRAZ - "...onlarla müvafiq danışıqlar aparılmalıdır"

DogruXeber.az: - "Rusiya sülhməramlılarının Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi hər bir məsələ Azərbaycanla birmənalı olaraq razılaşdırılmalıdır. İstənilən halda, onların Azərbaycan ərazisində təhlükə ocağı yaratdıqları müşahidə olunarsa, Qarabağda qalıb-qalmamaları müzakirə edilə bilər. "Rusiya Şöhrət Xiyabanı"nın salınması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid olarsa, onlarla müvafiq danışıqlar aparılmalıdır. Hesab edirəm ki, belə də olacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Qarabağda Rusiya sülhməramlıları tərəfindən salınan "Rusiya Şöhrət Xiyabanı" barədə danışıb deyib.

Deputat bildirib ki, müharibənin yalnız hərbi mərhələsinin başa çatdığı hər kəsə məlumdur: "Yəni, qarşıda informasiya müharibəsi, sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanla sülh müqaviləsinin imzalanması və s. kimi məsələlər öz həllini tapmalıdır. Lakin ermənilər öz revanşist addımlarından əl çəkmirlər. Nəzərə almaq lazımdır ki, belə olan halda, həmin ərazilərdə anti-terror əməliyyatları keçirilə bilər. Şuşada keçirilən tədbirlər zamanı hansısa təxribat qrupunun orada olması, Laçın istiqamətindən ermənilərin dislokasiyanı dəyişməsi kimi məsələlər təxribat xarakterlidir. Azərbaycan tərəfi belə təxribatların qarşısını hər zaman alıb və alacaq. Onu da qeyd edim ki, Rusiya sülhməramlı qüvvələri öz fəaliyyətini iki sənədə uyğun olaraq həyata keçirə bilər. Birincisi, bu, BMT-nin sülhməramlı qüvvələrlə bağlı olan mandatına uyğun, ikincisi isə, məhz Azərbaycan ərazisində sülhməramlı missiyasını həyata keçirmək üçün 10 noyabr üçtərəfli bəyanatına uyğun tənzimlənməlidir. Onların fəaliyyətinin tənzimlənməsi üçün üçüncü hər-hansı bir sənəd yoxdur. İstənilən halda, Rusiya sülhməramlıları Qarabağda həyata keçirdikləri məsələlərdə Azərbaycanın mövqeyini öyrənilməlidirlər".


Oxunub: 305

Son xəbərlər

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Tuskdan Zelenskiyə sui-qəsddə Rusiyaya kömək edən polyakın həbsinə reaksiya

Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - "Observer Online" yazır

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Bədənimizdəki şişlər nədən xəbər verir?

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

"Əli Kərimli və ətrafı Prezidentdən üzr istəməlidir" - Deputat

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Bütün xəbərlər