Yeni Azərbaycan Partiyası bizim üçün çox əziz, möhtəşəm və qüdrətli bir siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası bizim üçün çox əziz, möhtəşəm və qüdrətli bir siyasi təşkilatdır.

Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə ən güclü siyasi təşkilatdır. Partiya sıralarının getdikcə artması bu təşkilata ölkə ictimaiyyətinin inam və etibarından irəli gəlir. Yeni Azərbaycan Partiyası ilk dəfə müxalifət partiyası kimi yaradılmışdır. Partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi nəticəsində qısa zaman kəsiyində Yeni Azərbaycan Partiyası hakim partiyaya çevrildi.
Özünün fəaliyyətində daim ümumxalq dəstəyinə arxalanan, xalqımızın rifahının yaxşılaşması uğrunda əzmlə mübarizə aparan Yeni Azərbaycan Partiyası daim xalqımız tərəfindən xüsusi dəstək alıb. Bu isə xalqımızla bu partiya arasındakı hörmət və ehtiramın qarşılıqlı ifadəsidir. Bu ifadə Yeni Azərbaycan Partiyası yaranandan bəri ölkəmizdə keçirilmiş parlament , prezident , bələdiyyə seçkilərində də öz əksini tapıb. Bütün ümumxalq səsvermələrində Yeni Azərbaycan Partiyasıının şəksiz şəkildə , çox böyük fərqlə qalib gəlməsi yüksək etimad və rəğbətin , eləcə də bu partiyanın fəaliyyətinin nəticəsidir.
Partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyev elə böyük şəxsiyyətlərdəndir ki, xalqının, millətinin qəlbində özünə əbədi heykəl ucalda bilib. Bütün varlığı ilə xalqla bağlı olan, ömrünü vətənin, xalqın, millətin inkişafı, hər bir Azərbaycan vətəndaşının firavan yaşamasına həsr etdiyi üçün xalqın əbədi sevgi və məhəbbətini qazanıb . Desək ki, Azərbaycan qadınları , Azərbaycan gəncləri onu hamıdan çox sevirdi səhv etmərik. Çünki , Ulu Öndərimiz özü də onları çox sevir, yüksək qiymətləndirirdi, onlar üçün hərtərəfli imkan və şərait yaradılmasını daim diqqət mərkəzində saxlayırdı.
Yeni Azərbaycan Partiyası bizim üçün çox əziz, möhtəşəm və qüdrətli bir siyasi təşkilatdır. O,təkcə Azərbaycanın ictimai-siyasi həyatında deyil, bütövlükdə regionda və dünyada aparıcı nüfuza malikdir.
Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır.Ulu Öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir.Qqədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı,tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir.

Nailə Əliyeva- Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi.
Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib

Məhz 29 il öncə 21 noyabrda yaradılmış Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür. Əslində Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sadə dillə desək, partiyanın yaranması zamanın tələbi idi. Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salsaq, görərik ki, partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar zamanında düzgün qərar qəbul edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi, təkidli tələbi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Beləliklə, gözlənilən an yetişdi, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının yaradılışını xatırlayarkən Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xəttini qeyd etməmək olmaz. Çünki Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri atır. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri





Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır

Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan Yeni Azərbaycan Partiyasının yaranmasının 19 ili tamam olur. Ötən 19 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçmişdir. Əslində, bu illər müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın dönməzliyinin təmin olunması və hazırda həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz YAP-ın lideri, müstəqil Azərbaycan dövlətinin banisi Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Təbii ki, ulu öndərin həyata keçirdiyi siyasətin geniş surətdə təbliğ-təşviq olunmasında YAP fəal iştirak etmişdir.
YAP-ın 19 illik fəaliyyətindən danışarkən müxtəlif məqamları nəzərdən keçirmək zəruridir. Əvvəla bu partiyanın yarandığı tarixi şəraiti təhlil etmək, müxtəlif məsələləri müqayisəli şəkildə araşdırmaq lazımdır. Yeni Azərbaycan Partiyasının təsis olunduğu tarixi gün – 1992-ci il 21 noyabr Azərbaycanın ən yeni tarixinin mühüm və əlamətdar günlərindən biridir. YAP-ın yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni bir mərhələ başlandı. Həmin dövrə nəzər salsaq YAP-ın yaranmasının Azərbaycanın ictimai-siyasi mühitinə nə qədər böyük təsir göstərdiyini əyani olaraq bir daha görə bilərik. Həmin dövrün səciyyəvi əlamətləri Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə verdiyi cavabında aydın şəkildə göstərilmişdir. Burada, YAP-ın yaranmasının zəruriliyi bildirilməklə, belə bir partiyanın perspektivdə ölkənin siyasi həyatında aparıcı rol oynayacağı əminliklə qeyd edilmişdir. Heydər Əliyevin ziyalılara ünvanlanan cavabında deyilirdi: “Belə partiya (YAP nəzərdə tutulur) Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Yeni Azərbaycan Partiyasının təsis olunduğu vaxtdan bu partiyanın ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərməsinin başlıca səbəbləri nədən ibarətdir ? Bu məsələni izah edərkən öncə siyasi partiyaların cəmiyyətdəki yerinin müəyyən edilməsinin başlıca meyarlarına diqqəti cəlb etmək lazımdır. Məlumdur ki, normal demokratik ölkələrdə əhalinin geniş təbəqələrinin ictimai-siyasi həyatda iştirakı əsasən siyasi partiyalar vasitəsilə reallaşır. Yəni, siyasi proseslərə qatılmaq, siyasətlə məşğul olmaq istəyən şəxslər müəyyən siyasi partiyaya qoşulurlar. Fərdlər ayrı-ayrı siyasi qurumlarda birləşərək konkret məqsəd və vəzifələri, müəyyən konsepsiya və ideologiyanı həyata keçirməyə çalışırlar.
Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin tarixi keçmişinin müxtəlif sahələri kimi siyasi tariximiz haqqında da araşdırmalar aparılmaqdadır. Azərbaycanda siyasi partiyaların təşəkkülü və fəaliyyəti əsasən XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərində Bakı şəhərində müxtəlif siyasi qurumların fəaliyyəti özünü daha qabarıq şəkildə büruzə verirdi. Çar Rusiyasının mühüm neft mərkəzlərindən olan Bakıda siyasi cərəyanların müxtəlif çalarlarını özündə əks etdirən partiyaların yerli qurumları yaranmağa başlayırdı. Təbii olaraq, Azərbaycan xalqının siyasi marağının daşıyıcısı olan müəyyən partiyaların təşəkkülü prosesi də bu illərə aid edilir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Yeni Azərbaycan Partiyasının yaranması.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan üçün ən ağır və məsuliyyətli bir dövrə təsadüf edir. Müstəqilliyin itirilməsi, dövlətçiliyimizin məhv olma təhlükəsi yaşandığı bir vaxtda Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi bir zərurət kimi qeyd etmək lazımdır.
Partiya 21 noyabr 1992-ci ildə yaradıldı. Ulu öndər Heydər Əliyevin yaratdığı bu partiya Azərbaycanın siyasi palitrasına yeni bir nəfəs gətirdi. Dövlətçiliyin inkişafında, siyasi proseslərdə fəal iştirak edən partiya qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrildi.
Bu gün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya gələcəyə doğru inamla irəliləyir. Ötən illərdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da məhkəmlənmiş, ölkəmizin beynəlxalq mövqeyi güclənmişdir.
Dünənin, bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu və bu yolla daha böyük uğurlara, işıqlı sabahlara doğru güclü və möhkəm addımlarla irəliləyir.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini.



Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi

Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Bu siyasi təşkilatın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi, Azərbaycanda ilk illər vəziyyət son dərəcə ağır idi. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin siyasi səvatsızlığı onsuz da ağır olan vəziyyəti getdikcə dərinləşdirirdi. Ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni siahlı birləşmələrin hegemonluğu, anarxiya və özbaşınalıq xalqın əsəblərini tarıma çəkmişdi. Digər tərəfdən isə mənfur qonşumuz olan ermənilərin torpaqlarımızı hissə-hissə işğal etməsi əhalinin sabaha olan ümidini heçə endirmişdi. Artıq Azərbaycan xalqının başı üstünü qara buludlar almışdı. Ölkə vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycana düşmən kəsilmiş qüvvələr, hakimiyyət hərisliyində olan daxili qruplaşmalar və xarici ağalarının tapşırıqlarını can-başla yerinə yetirən satqın və xəyanətkarlar xalqımızı diz çökdürmək niyyətində idilər. Respublikamız açıq-aşkar parçalanmaq, yenicə qazanılmış müstəqilliyimizin məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir məqamda xalqı və respublikanı düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün ölkə rəhbərliyinə dövlət idarəçiliyində zəngin təcrübəsi olan və milləti öz ətrafında birləşdirməyə qadir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Hadisələrin gedişi xalqda belə bir inam formalaşdırmışdı: Azərbaycanı düçar olduğu bu bəladan, “olum, ya ölüm” dilemması qarşısında qalmış və hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalqı yalnız ulu öndər Heydər Əliyev xilas edə, müstəqilliyimizi əbədi və ərazi bütövlüyümüzü təmin etmək üçün qəti tədbirlər görə bilərdi. Sonra ki, tarixi hadisələr ulu öndər Heydər Əliyevin xalqın xilaskarı olduğunu bir daha sübut etdi.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru



“91-lər”in müraciəti

XX əsrin 80-cı illərinin ortalarından ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran ziyalıları, zəhmətkeş, vətənpərvər insanları son dərəcə narahat edirdi. Onlar xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığını açıq şəkildə bəyan edirdilər. Söz yox ki, Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermişdi. 1990-cı ilin əvvəllərində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin bu qurumlar respublikanı üzləşdiyi ağır problemlərdən, iqtisadi, siyasi, mənəvi böhrandan xilas edə bilmirdi. Əksinə, vəziyyət gündən-günə pisləşirdi. Tez-tez bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq vətəndaş qarşıdurması həddinə çatdırdılar.
Bu zaman ziyalılar, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək, həmişə xalqın, Vətənin, doğma Azərbaycanın gələcəyini düşünən müdrik siyasi lider Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd xalqın arzu və istəklərinin təcəssümü idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladığı bu müraciətdə ulu öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Zamanın, dövrün, ictimaiyyətin, geniş xalq kütlələrinin arzu-istəyi, tələbi belə idi ki, ümummilli lideri tarixi şəxsiyyət kimi dəstəkləyən siyasi çoxluğun partiyası yaradılmalı, ulu öndər Heydər Əliyev bu partiyanın sədri, lideri olmalı idi.

Rasim Hüseynov –rayon Ağsaqqallar Şurasının sədri



Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi.

Müstəqilliyin ilk günlərindən Azərbaycan Xalqı ulu öndər Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi. Eyni zamanda, yeni partiyanın yaradılması təşəbbüsü müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir.
Ulu öndər belə bir partiyanın yaranmasına razılıq vermişdi. Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan AXC–Müsavat rəhbərliyi Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədiyi üçün 50 nəfər adam burdan Naxçıvan Muxtar Respublikasına getmişdi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı və 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq, müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri



Demokratik prinsiplər və ideyalara sadiq qalan partiya

Xalqın və demokratik qüvvələrin istək və tələbnə əsasən yaranan Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiya kimi gündən-günə möhkəmləndi, üzvlərinin sayı sürətlə artdı. Bu, ulu öndər Heydər Əliyevə olan inam və etimadın bariz nümunəsi idi.
Hazırda Yeni Azərbaycan Partiyası sıralarında olan gənc partiya üzvlərini YAP Gənclər Birliyi öz ətrafında birləşdirir. Cənab Prezident İlham Əliyevin apardığı dövlət siyasətini gənclərimizə düzgün şəkildə təbliğ etməyi, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməyi özünə vəzifə olaraq seçən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından qürurla qeyd ediləcək nailiyyətlərə imza atmaqla regionun və ölkənin ən güclü gənclər təşkilatı olaraq bir daha öz fəaliyyətini təsdiqləyir. Bütün bu uğurlar dövlətimizin başçısı tərəfindən ölkədə gənclərin hərtərəfli inkişafına yaratdığı şəraitin bariz nümunəsidir. Bu illər ərzində YAP beynəlxalq ələqələrini də genişləndirərək böyük nüfuz qazanmışdır. Bunu faktlar da təsdiqləyir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir.
Cənab Prezidentimizin qeyd etdiyi kimi, “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”.

Şəhla Eminova –əməkdar müəllim



29 il öncə yaradilmiş Yeni Azərbaycan Partiyasi Ulu öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun.
29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.
Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır!
Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası adlandırmışdır. Partiyanın fəaliyyəti keçdiyi yol gələcəyə ünvanlanmış proqram müddəaları deməyə əsas verir ki, YAP ümumxalq, ümumazərbaycan partiyasıdır və onun Azərbaycanın ictimai-siyasi həyatında uzun müddət özünəməxsus yeri olacaqdır.

Könül Rəhimova -Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru



Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu öndər Heydər Əliyevin siyasi xətti

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bəli, bu gün məhz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bu Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Və bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü.. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə, bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Heydər Əliyev ola bilərdi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Qarşıda ölkəni çətin, böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. Bu partiya Azərbaycanın çağdaş dövr tarixində ilk konstruktiv müxalifət partiyası nümunəsini göstərdi. Onun siyasi nüfuzunun, siyasi gücünün və populyarlığının bir səbəbi də budur. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət yeridildi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Ona görə də bu gün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib. Əlbəttə, bunun başlıca səbəblərindən biri də birbaşa dövlət başçımız, partiyamızın Sədri İlham Əliyevin xalq arasındkı böyük nüfuzudur. Çünki partiyamızın Sədrinin şəxsi keyfiyyəti, onun Heydər Əliyev ideyalarına sonsuz sədaqəti, Azərbaycan dövlətinin siyasi və iqtisadi nüfuzunun artmasına yönələn fəaliyyəti partiyamızın xalq qarşısındakı hörmət və inamını artırır. Bizi sevindirən, fərəhləndirən amil də budur ki, artıq hər bir YAP üzvü bilavasitə Heydər Əliyev ideyalarına, bu ideyaların inkiaf etməsinə sədaqətlə xidmət edir. Bu sədaqət hazırda Prezident İlham Əliyev siyasəti konteksitndə bütün məziyyətləri ilə sübuta yetirilməkdədir.
Partiyamız Prezident İlham Əliyevin irəli sürdüyü «Müasir, qüdrətli və zəngin Azərbaycan naminə» çağırışı ilə Azərbaycanın daha da inkişaf edəcəyinə inanır və bu yolda özünün töhfələrini verəcəkdir.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi





Demokratik prinsiplər və ideyalara sadiq qalan partiya

Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29 ili tamam olur. Ötən 29 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçmişdir. Əslində, bu illər müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın dönməzliyinin təmin olunması və hazırda həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz YAP-ın lideri, müstəqil Azərbaycan dövlətinin banisi Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Təbii ki, ulu öndərin həyata keçirdiyi siyasətin geniş surətdə təbliğ-təşviq olunmasında YAP fəal iştirak etmişdir.
Yeni Azərbaycan Partiyasının təsis olunduğu tarixi gün – 1992-ci il 21 noyabr Azərbaycanın ən yeni tarixinin mühüm və əlamətdar günlərindən biridir. YAP-ın yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni bir mərhələ başlandı. Həmin dövrə nəzər salsaq YAP-ın yaranmasının Azərbaycanın ictimai-siyasi mühitinə nə qədər böyük təsir göstərdiyini əyani olaraq bir daha görə bilərik. Həmin dövrün səciyyəvi əlamətləri Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə verdiyi cavabında aydın şəkildə göstərilmişdir. Burada, YAP-ın yaranmasının zəruriliyi bildirilməklə, belə bir partiyanın perspektivdə ölkənin siyasi həyatında aparıcı rol oynayacağı əminliklə qeyd edilmişdir. Heydər Əliyevin ziyalılara ünvanlanan cavabında deyilirdi: “Belə partiya (YAP nəzərdə tutulur) Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Keçdiyimiz tarixi yol Prezident Heydər Əliyevin 1992-ci ilin oktyabrında söylədiyi bu fikirlərin həqiqiliyini sübuta yetirdi.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan heç biri Yeni Azərbaycan Partiyası ilə rəqabətə girə bilməz.
Xalq hərəkatının geniş vüsət aldığı illərdə milyonlarla insanın iştirakçısı olduğu mitinq və yürüşlərdə Heydər Əliyevin ölkəni böhrandan çıxarmağa qadir lider olması fikrinin dönə-dönə səsləndirilməsi sonrakı mərhələdə YAP-ın yaranması üçün zəmin olmuşdu. Yəni, Yeni Azərbaycan Partiyası yaranmazdan əvvəl Heydər Əliyev şəxsiyyəti, onun ölkəni xilas etməyə qadir lider olması cəmiyyətdə aparıcı fikirlərdən biri idi. Azərbaycanın dərin sosial, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda xalqın düşünən ziyalıları Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev ideyaları ətrafında birləşməyin zəruri olduğunu xüsusi olaraq vurğulayırdılar.
1992 -ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaranması tarixi zəruri bir addım idi. Bu partiyanın yaranması ilə Azərbaycan siyasi həyatında yeni bir mərhələnin başlanğıcı qoyulur. YAP-ın qəbul edilən proqramında irəli sürülən müddəalar Azərbaycanı böhran məngənəsindən xilas etməyin ən düzgün yolunu müəyyənləşdirdi. Partiyanın bəyan etdiyi əsas ideoloji prinsiplər – müstəqil dövlətçilik; qanunçuluq; azərbaycançılıq; vətənçilik; varislik, yaradıcı təkamül; konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi; sosial ədalət prinsipləri ümummilli səciyyə daşıyır. Özünün proqram prinsiplərinə sadiq qalan YAP ötən illər ərzində Azərbaycanın sosial-iqstiadi tərəqqisi yolunda mühüm işlər görmüşdür.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident Heydər Əliyev YAP-ın yaranmasından sonra partiyanın fəaliyyətindən danışarkən qeyd etmişdir: “Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsədləri, qəbul etdiyi proqram, müstəqil Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur”.
Yeni Azərbaycan Partiyası yaranarkən müxalifət partiyası kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə hakimiyyətdə olan AXC iqtidarı ölkədəki böhranlı vəziyyəti nəinki aradan qaldıra bilmədi, əksinə onu daha da dərinləşdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan kəskin və ağır bir vəziyyətlə üzləşmişdi. Ölkədə faktiki olaraq vətəndaş müharibəsi başlanmışdı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. O zamankı iqtidar Gəncədə başlayan və bütün Azərbaycanı bürüyən böhranlı situasiya qarşısında çox aciz qalmışdı. Hərb cəbhəsində də ağır vəziyyət hökm sürürdü. Bu cür ağır bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı istiqlalını, ərazi bütövlüyünü itirmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanın yeganə xilas yolu idi. Heydər Əliyevin respublikanın rəhbərliyinə qayıdışı ilə YAP-ın iqtidar partiyası kimi fəaliyyəti başlayır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müxtəlif yönümlü siyasi partiyalar yaranmağa başladı. Siyasi partiyaların yaranması prosesi indi də davam edir. Hazırda ölkədə rəsmi qeydiyyatdan keçmiş çoxlu sayda siyasi partiya vardır. Ancaq siyasi partiyaların içərisində ümummilli səviyyədə təsir gücünə malik olan təşkilat Yeni Azərbaycan Partiyasıdır. Demək olar ki, keçirilən rəy sorğularında və eyni zamanda prezident, parlament və bələdiyyə seçkilərində YAP birinciliyini qoruyub saxlaya bilmişdir.
Azərbaycanın siyasi sisteminin geniş və hərtərəfli təhlili YAP-ın cəmiyyətdəki aparıcı rolunu bir daha aydın göstərir.
Azərbaycanda olan siyasi partiyaların ideoloji təsnifatına nəzər saldıqda YAP-ın istər proqram prinsipləri, istərsə də fəaliyyət istiqamətləri baxımından digər partiyalarla müqayisədə öncül mövqedə dayandığını görmək olar. YAP-ın siyasi fəaliyyətində islahatçılıq, mühafizəkarlıq və praqmatiklik daha qabarıq şəkildə özünü göstərməkdədir. İqtidar partiyası kimi YAP ölkədə həyata keçirilən sosial-siyasi islahatların reallaşmasında əhəmiyyətli rol oynayır. Mühafizəkarlıq məsələsinə gəldikdə isə YAP cəmiyyətin müsbət ənənələrinin qorunmasını vacib sayır. Yeniləşmə hər bir cəmiyyətə xasdır. Totalitar rejimdən demokratiyaya keçid dövrünün çətinliklərinin aradan qaldırılması heç də köhnənin müsbət təcrübəsinin məhv edilməsi, dağıdılması demək deyildir. YAP sağ yönümlü mərkəzçi bir partiya kimi yeniliyin tətbiqində təkamül prosesini əsas götürür. YAP-ın sədri, ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətində praqmatizm aydın şəkildə özünü göstərir. Bu, hər şeydən əvvəl Azərbaycanın maraqlarının təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü siyasətdir.
Partiyaların ideoloji təsnifatı ilə bağlı məsələləri ümumiləşdirdikdə belə nəticəyə gəlmək olur ki, yarandığı vaxtdan Azərbaycanın ictimai-siyasi həyatına, ictimai rəyə həlledici təsir göstərməyə qadir olan bir partiya kimi YAP ümumxalq partiyasıdır.

Xanım İmanova -Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi



Yeni Azərbaycan Partiyası dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır.

Bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqardı,respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir.İllər keçdikcə sıraları istər kəmiyyət,istər keyfiyyət baxımından daha da genişlənən,ictimai-siyasi həyatında aparıcı rol oynayan,biri birindən əhəmiyyətli uğurlara imza atan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasi uzaqgörənliyinin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu siyasəti peşəkar lider kimi davam etdirməsinin nəticəsidir.Azərbaycanda olan siyasi partiyaların ideoloji təsnifatına nəzər saldıqda Yeni Azərbaycan Partiyasının istər proqram prinsipləri, istərsə də fəaliyyət istiqamətləri baxımından digər partiyalarla müqayisədə öncül mövqedə dayandığını görmək olar. Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində islahatçılıq, mühafizəkarlıq və praqmatiklik daha qabarıq şəkildə özünü göstərməkdədir. Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən sosial-siyasi islahatların reallaşmasında əhəmiyyətli rol oynayır. Yarandığı vaxtdan Azərbaycanın ictimai-siyasi həyatına, ictimai rəyə həlledici təsir göstərməyə qadir olan bir partiya kimi YAP ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa töhfələr verən ümumxalq partiyasıdır. Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru


Oxunub: 288

Son xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - Zatulin

Azərbaycan əhalisinin sayı açıqlandı

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi - FƏRMAN

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

60 il öncə Göygöl necə görünürdü? - VİDEO

Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Nazirlik: Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

“Azərişıq” Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - VİDEO

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Tokayev Ermənistana getdi

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb

İranın Haaqadakı səfiri XİN-ə çağırıldı

Bu günə olan valyuta məzənnələri

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

Bütün xəbərlər