Burda şıdırğı TORPAQ ALVERİ GEDİR... - Ay alan... məmləkəti-Mərdəkan SATIRAM...

DogruXeber.az:- Deməli, paytaxt Bakının ən bahalı torpaqları Xəzər rayonunda, daha dəqiq desək Mərdəkan qəsəbəsindədir.
Ümumiyyətlə, Xəzər rayonunda Mərdəkan, Şüvəlan, Buzovna, Şağan, Binə, Zirə, Türkan, Qala bələdiyyələri fəaliyyət göstərir.
Adi oxucu da görə bilər ki, kurort zonası sayılan bu bələdiyyələrin ərazisindəki torpaqların qiyməti az qala qızıl qiymətinədir.
Bu bələdiyyələrdən birinin, yəni Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynovdur.
Mirbaba Hüseynovla bağlı cəmi bir rəsmi məlumata rast gəldik.
Deməli, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.
Reyd zamanı Xəzər rayonu, Mərdəkan qəsəbəsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi ortaya çıxıb.
Faktla bağlı əraziyə cavabdeh Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib olunub və ona inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilib.
Deməli, Bakının mirvarisi sayılan Mərdəkanda aşıb-daşan zibilə, məişət tullantılarına, dəniz sahilinin çirklənməsinə görə, Allah qoymasa, bələdiyyə sədri Mirbaba Hüseynov 2000 manat cərimələnib.
Görəsən, bu problemdən çıxış yoludurmu ?
2000 manat pul Mirbaba üçün qəpik-quruşdur.
2000 manat bələdiyyə sədri üçün heç YARIM SOT torpaq da deyil.
Deməli, 2000 manat cərimənin heç bir faydası olmayacaq və Mirbaba Mərdəkanı batıra-batıra gedəcək.
Təsəvvür edin ki, Mərdəkanda Xəzər dənizinin sahilində nə qədər kafe, restoran varsa hamısının xeyir-duasını Mirbaba verib. 2000 manat cərimə nəinki restoranın, heç kafenin bir günlük qazancı deyil. Ona görə də belə qəpik-quruş cərimə ilə Mirbaba kimi bələdiyyə sədrlərini islah etmək mümkün deyil.
Mirbaba Hüseynov Mərdəkanda ən bahalı torpaqları bələdiyyə sənədi ilə satıb, dəniz sahilini kimlərəsə hədiyyə edib.
Mirbaba Hüseynov geniş müsahibələrinin birində imkansız ailələrə 50 manat yardım etməsindən, bir kasıb ailənin yas məclisini yola verməsindən və s söhbət açır.
Bir soruşan yoxdur ki, ay Mirbaba, sən xalqın torpağını dədənin malı kimi satırsan, sonra da kiməsə 50 manat dilənçi payı verirsən və bunu reklam edirsən.
Axı, sənin özün bir vaxtlar 5-10 manata “prostina” satırdın, köhnə Jiqulidə gəzirdin…
Bəli, tanıyanlar yaxşı bilir ki, Mirbaba Hüseynov uzun müddət Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında “zavxoz”, yəni təsərrüfat işləri üzrə müdir olub.
Mərdəkan camaatı Mirbabanı “prostina”, yəni mələfə satan kimi tanıyırdı. Bu adam xəstələr üçün dövlətin ayırdığı “prostina”ları satır, xəstələri köhnə mələfələrə möhtac edirdi.
Bəli, Mirbaba mələfə, yəni döşək ağı, hətta xəstələrə verilməli əl dəsmalı-məhrəba, aftafa sata-sata gəlib olub bələdiyyə sədri.
Mirbabanın hansı məktəbi bitirməsi, ali təhsilinin olub-olmaması da bəlli deyil.
Ancaq bəlli olan odur ki, sonuncu bələdiyyə seçkilərində Mirbaba Mərdəkanda bir tozanaq qoparmışdı ki, səsi-küyü ölkəni götürmüşdü, bütün sosial şəbəkə, yutub kanalalrı Mirbabanın saxta yolla seçilməsindən danışırdı.
Mirbaba Hüseynov bələdiyyə sədri olan kimi qəsəbənin ən bahalı torpaqlarını sataraq milyonçuya çevrildi. Özü üçün xeyli sayda obyektlər acdı, hətta hazırda obyektlərini Acsess banka, Oba marketə, Hovuz inşaata icarəyə verib.
Bəli, Mirbabanın mebel sexləri gecə-gündüz işləyir.
Mirbaba Hüseyov köhnə Jiqulidən düşüb bahalı, AA seriyalı, Panoramada gəzir.
Mərdəkan camaatı deyir ki, Mirbabanın bir sirri var. Yəni Mirbaba yaşının çox olmasına baxmayaraq subaydır. Söz verib ki, Mərdəkan torpaqlarını satıb qurtarandan sonra evlənəcək. //gundelik-baku.com//

Son xəbərlər

"Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO

Məhbusun ŞOK iddiası

Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO

Ulduzlar bu gün nə deyir

81 il birlikdə yaşayan cütlükdən möhkəm ailənin sirrii...

Çində boyalı kişilərin televiziyada nümayişi qadağan edildi

Sürücü DYP əməkdaşından narazıdır - YENİLƏNDİ

Qubada orta məktəbdə narkotik əleyhinə maarifləndirmə tədbiri keçirilib

Media camesəi adından Prezidentə MÜRACİƏT OLUNDU - "Xahiş edirik ki..."

Banklar dolların alış qiymətini niyə qaldırıb? - ARAŞDIRMA

Nazir polis mayoruna yeni vəzifə verdi - ƏMR

Avropada əsəblər tarıma çəkilib: Gözləntilər nələrdir? - GƏLİŞMƏ

Sabaha olan hava proqnozu açıqlandı - XƏBƏRDARLIQ

Ölkəyə gətirilən yeni dərmanlar 20 faiz BAHALAŞDI – Keyfiyyət artacaqmı?

Fransa prezidentliyinə namizəddən növbəti HƏDSİZLİK – Azərbaycana qarşı iddia qaldıracaq...

"İndi bütün telekanallar bir birinə oxşayır" - Xalq artisti

Minimum pensiya məbləği artdı: Problem nədədir?

Rəqsanənin müğənni qızı xəsarət aldı - VİDEO

Hərbi Akademiyada doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ

Caliber.Az artıq həm də erməni dilində!

Bakıda anbardakı yanğın söndürüldü - YENİLƏNİB

"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ...

Bakıda anbar yanır

AMEA-nın şöbə müdiri vəfat etdi - FOTO

Vasif Talıbovun oğulları Londona PUL YATIRIR - Büdcədən oğurlanmış 77 MİLYON MANAT

Gündəlik dualar və savabları

Çobanyastığı bitgisinin faydaları

Yeni məmurların mərəzi: “Rüşvət almırlar deyə, iş də görmürlər” - Deputatdan İLGİNC AÇIQLAMALAR

Keyfiyyətsiz dərmanlar Azərbaycana hansı yolla və necə gətirilir? - Diqqət, TƏHLÜKƏ!!!

Azərbaycanda ətin qiyməti BAHALAŞDI

Bütün xəbərlər