Azərbaycan Ordusu BMT və ATƏT-in əvəzinə də DÖYÜŞDÜ

Kəlbəcərin işğaldan azad olunmasının bir illiyinə sayılı günlər qalıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyev və qüdrətli Azərbaycan Ordusu sayəsində artıq torpaqlarımızın işğaldan azad edilməsinin qürurunu yaşayırıq.

DogruXeber.az: - 25 noyabr 2020-ci ildə Kəlbəcər Azərbaycana təhvil verildi. Əslində isə bu, uzun illər əvvəl baş verməli idi. BMT Təhlükəsizlik Şurasının 3205 saylı iclasında 822 saylı Qətnamə ilə bütün işğalçı qüvvələrin Kəlbəcərdən və digər işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb olunmuşdu. Lakin Ermənistan BMT-nin bu qətnaməsinə də məhəl qoymadı və onu icra etmədi. Çox təəssüflər olsun ki, BMT və digər beynəlxalq qurumlar da Ermənistan ordusunun Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsilə bağlı qətnamələrin icrası üçün rəsmi İrəvana qarşı heç bir təzyiq mexanizmindən istifadə etmədi. Belə olan halda havadarların dəstəyi ilə ermənilər öz çirkin və işğalçı siyasətlərini 30 ilə yaxın davam etdirdilər.

Başda BMT-nin 4 qətnaməsi olmaqla bütün sənədlər sadəcə kağız üzərində qaldı. Azərbaycan Prezidenti İlham Əliyev bu qətnamələr icra olunmadığı təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu bütün beynəlxalq tribunalardan bəyan edirdi. Nəticədə elə də oldu. Ermənilərin hücumuna qarşı başlayan “Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycan Ordusu sadəcə 44 gün ərzində 30 ilə yaxındır icra olunmayan qətnamləri də həyata keçirdi.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsi ilə 44 gün ərzində Azərbaycan Ordusu BMT-nin və bütün beynəlxalq qurumların qətnamələrini özü icra etdi:

“Azərbaycanın işğal altında olan ərazilərinin azad olunmasıyla bağlı BMT qısa fasilələrlə 4 qətnamə qəbul edib. Lakin çox təəssüflər olsun ki, ötən 30 ilə yaxın müddət ərzində bu qətnamələrin heç biri icra olunmadı. Faktiki olaraq, BMT bu illər ərzində öz nüfuzunu da itirdi. Çünki qəbul etdiyi qətnamələrin icra mexanizmi işə salınmadı. Onu da nəzərinizə çatdırım ki, Kəlbəcərin işğaldan azad olunması ilə bağlı aparılan iclasa məhz qardaş ölkə Pakistan o zaman BMT-nin qeyri-daimi üzvü olaraq sədrlik edirdi. Sonrakı illərdə BMT-nin mandatı ilə ATƏT-in Minsk Qrupu bu məsələlərdə vasitəçi oldu. Lakin onlar da prosesi tənzimləmək əvəzinə ermənilərə havadarlıq etdi. Proses elə bir həddə gəlib çatmışdı ki, Azərbaycan dəfələrlə dediyi kimi, bu məsələni öz gücünə həll etməli oldu”.

Partiya sədri onu da qeyd edib ki, ermənilər Kəlbəcərdən çıxarkən hər yeri tamamilə məhv etdilər:

“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən, ermənilər Kəlbəcəri tərk etməli idilər. Lakin bunun üçün 10 gün əlavə vaxt aldılar. Bunu hər dəfə xüsusi vurğulamaq lazımdır ki, ermənilər 10 gün ərzində növbəti dəfə öz vandallıqlarını bütün dünyaya nümayiş etdirdilər. Rus sülhməramlılarının gözü qarşısında Kəlbəcərdə vaxtilə azərbaycanlıların tikdiyi evləri sökdülər, ağacları qırdılar və təbiətə çox ciddi ziyan vurdular. 10 gün ərzində Kəlbəcəri minaladılar. Lakin Azərbaycan artıq öz doğma Kəlbəcərinə qayıdıb. İnfrastruktur qurulandan sonra kəlbəcərlilər də öz doğma ata-baba yurdlarına qayıdacaqlar”.

Son xəbərlər

"Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO

Məhbusun ŞOK iddiası

Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO

Ulduzlar bu gün nə deyir

81 il birlikdə yaşayan cütlükdən möhkəm ailənin sirrii...

Çində boyalı kişilərin televiziyada nümayişi qadağan edildi

Sürücü DYP əməkdaşından narazıdır - YENİLƏNDİ

Qubada orta məktəbdə narkotik əleyhinə maarifləndirmə tədbiri keçirilib

Media camesəi adından Prezidentə MÜRACİƏT OLUNDU - "Xahiş edirik ki..."

Banklar dolların alış qiymətini niyə qaldırıb? - ARAŞDIRMA

Nazir polis mayoruna yeni vəzifə verdi - ƏMR

Avropada əsəblər tarıma çəkilib: Gözləntilər nələrdir? - GƏLİŞMƏ

Sabaha olan hava proqnozu açıqlandı - XƏBƏRDARLIQ

Ölkəyə gətirilən yeni dərmanlar 20 faiz BAHALAŞDI – Keyfiyyət artacaqmı?

Fransa prezidentliyinə namizəddən növbəti HƏDSİZLİK – Azərbaycana qarşı iddia qaldıracaq...

"İndi bütün telekanallar bir birinə oxşayır" - Xalq artisti

Minimum pensiya məbləği artdı: Problem nədədir?

Rəqsanənin müğənni qızı xəsarət aldı - VİDEO

Hərbi Akademiyada doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ

Caliber.Az artıq həm də erməni dilində!

Bakıda anbardakı yanğın söndürüldü - YENİLƏNİB

"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ...

Bakıda anbar yanır

AMEA-nın şöbə müdiri vəfat etdi - FOTO

Vasif Talıbovun oğulları Londona PUL YATIRIR - Büdcədən oğurlanmış 77 MİLYON MANAT

Gündəlik dualar və savabları

Çobanyastığı bitgisinin faydaları

Yeni məmurların mərəzi: “Rüşvət almırlar deyə, iş də görmürlər” - Deputatdan İLGİNC AÇIQLAMALAR

Keyfiyyətsiz dərmanlar Azərbaycana hansı yolla və necə gətirilir? - Diqqət, TƏHLÜKƏ!!!

Azərbaycanda ətin qiyməti BAHALAŞDI

Bütün xəbərlər