"Ən yaxşı məşqçiləri yığıb Azərbaycana gətirsələr də, nəticə olmayacaq..." - Qurbanov

DogruXeber.az: - Azərbaycanın tanınmış veteran futbolçularından olan Mahmud Qurbanov yığmamızın cari tsikldəki çıxışını qiymətləndirib.

Qaynarinfo-ya açıqlama verən millimizin sabiq yarımmüdafiəçisi bir sıra məqamlara toxunub:

"Bu tsikl yığma üçün çox uğursuz oldu. Bir xal kifayət etmir. Lüksemburq da bizdən yuxarıdadır. Düşünürəm ki, turnir cədvəlində biz Lüksemburqdan yuxarıda olmalı idik. Xal ehtiyatımızın azlığına görə millimizin çıxışlarını uğursuz saymaq lazımdır. Həm oyun baxımından, həm də nəticə etibarı ilə milli xoşagələn deyil. Yaxşı oyun da sərgiləmədi. Ən azı evdəki oyunlarda xal ehtiyatımızı artırmalı idik”.

Qurbanov Lüksemburqun belə bizim millidən daha güclü olduğunu söyləyib:

"Lüksemburq güclüdür. Deyirik ki, onları keçməliyik. Amma həm Bakıdakı, həm də səfərdəki oyun göstərdi ki, onlar bizdən güclüdürlər. Həm oyun, həm də nəticə baxımından rahatlıqla qalib gəldilər. Hər şey 90 dəqiqədə həll olunur, biz də bunu gördük”.

"Professor” ləqəbli sabiq yarımmüdafiəçi "Nə çatmadı” sualını belə cavabalandırıb:

"Reallıq odur ki, bir xal yığdıq. Ən azı Lüksemburq, İrlandiya ilə evdəki oyunlarda daha çox xal toplaya bilərdik. Serbiya və Portuqaliya başadüşüləndir. Portuqaliya qrupun favoriti idi. Bu komandaya qarşı ən azı evdə maksimum nəticə qazanmağa çalışmalı idik. Nə çatmadı deyəndə, kənardan görünən odur ki, oyun yoxdur. Bəzən qol epizodlarından istifadə edə bilmədik. Deyə bilmərəm, fiziki, yaxud taktiki-texniki cəhətdən çatdırmadıq. Amma meydanda oyun görmədik. Oyun olanda qol vəziyyətləri yaranır, qol da vururuq. Həm hücum, həm müdafiədə problemlər vardı. Baxımlı oyun göstərib, nəticə qazana bilməsəydik, bu başqa. Amma nə nəticə gördük, nə də oyun”.

Hazırda De Byazinin baş məşqçi postunda qalıb-qalmaması müzakirə olunur. Qurbanov necə hesab edir: milli yerli məşqçiyə tapşırıla bilərmi? Ölkədə daha yaxşı nəticə qazana biləcək yerli məşqçilər varmı?:

"Bu gün dünyanın ən yaxşı məşqçilərini yığıb gətirsələr də, nəticə olmayacaq. Ona görə də yığma yerli məşqçilərə həvalə olunmalıdır. Açıq danışaq, Avropa və ya Dünya çempionatının final mərhələlərində iştirak etməyimizi gözləməyə dəyməz. Amma xal ehtiyatlarımızı artıra bilərik. Əvvəllər 7, 9, 10 xal yığmışdıq. İndi isə cəmi 1 xal. Mən də yerli məşqçilərin tərəfdarıyam. Yığmada aqressiya, xarakter, hirs olmalıdır. Bu olmayanda nəticə qazanmaq çətindir. Avropa və Dünya çempionatlarının final mərhələlərinə çıxası gücdə deyilik. Çalışmaq lazımdır ki, ən azı ortabab yığmamız olsun ki, evdə Lüksemburq kimi komandaya uduzmayaq”.


Oxunub: 136

Son xəbərlər

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bakıda kirayə mənzillərin qiyməti yenə BAHALAŞACAQ - VİDEO

Neft ucuzlaşdı

Almaniya bu ilin sonuna qədər Rusiya neftindən imtina edəcək

İlin ilk Ay tutulması başlayıb

"Qala Sığorta" vətəndaşın pulunu ödəmir - NARAZILIQ!

Qarabağdakı erməni silahlılar tərk-silah edilməlidir - Bunu aradakı anlaşma da zəruri edir...

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Eldar Əzizov onu Aparat rəhbəri TƏYİN ETDİ

Səhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA

Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR... - NARAZILIQ VAR!

İcra Başçısı “Qırmızı Kitab”A Düşən Ağacları Kəsdirir

Əfv Komissiyası 400-dən çox müraciətə baxıb

Müharibə başlayandan Azərbaycan Ukraynaya nə satıb? - SİYAHI

BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ

Ermənistanın yubatdığı DANIŞIQLAR... - "Antiterror əməliyyatı həyata keçirmək lazımdır"

Şəkidə baş həkimin maşınını yandıran Muradın işinin TƏFƏRRÜATI

Cavanşir Feyziyev vəzifəsindən AZAD EDİLDİ

Lukaşenko Rusiyada Putinlə görüşəcək

Gecə 13-15° isti, gündüz 23-25° isti olacaq

Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş - FOTO

Hikmət Hacıyev İstanbulda TDT-in toplantısına qatıldı

Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...

Azərbaycanın ƏN YAŞIL ŞƏHƏRİnin QARA GÜNLƏRİ - Mingəçevirin kim altını-üstünə çevirir...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...

Ukraynada döyüşlərlə bağlı SON VƏZİYYƏT

MİDA evləri ilə bağlı daha bir SƏS-KÜYLÜ HƏBS - “300 min alıb qaçmaq istəyirdi”

Bu sahədə çalışanların maaşı artdı

Fəzail Ağamalıda bunca sərvət hardandır? - SİYAHI

Bütün xəbərlər