Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan əhalisinin sayı açıqlandı

10-04-2018, 14:25

Azərbaycan əhalisinin sayı açıqlandı











Azərbaycan əhalisinin sayı açıqlandıАzərbaycanda demoqrafik vəziyyət açıqlanıb

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1% artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9 911 472 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9%-i şəhər, 47,1%-i kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10500 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb./fia.az


DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram