Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

6 uşaqlı ailənin köməyə ehtiyacı var - VİDEO

22-11-2021, 16:46

6 uşaqlı ailənin köməyə ehtiyacı var - VİDEO

Mingəçevirdə yaşayan 6 uşaqlı ailə imkansızlıqdan əziyyət çəkir.
"DogruXeber.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, Osmanova Gözəl Osman qızı vəziyyətləri ilə bağlı redaksiyamıza müraciət edərək imkanlı şəxslərdən kömək istəyib. Onun sözlərinə görə, evlərində qaz xətti olsa da qaz pulunu ödəyə bilmədiklərindən odun sobası ilə həm qızınırlar, həm də yeməklərini hazırlayırlar:
“Uşaqlar məktəbdən evə gəlir, lakin evdə oxumaq üçün nə bir şərait var, nə yuyunmaq üçün hamam, nə də yemək üçün mətbəx. Məktəbdən tez kim gəlirsə, digəri onun paltarını geyinib məktəbə gedir. Pandemiya dövründə isə daha çox əziyyət çəkdik. Hər kəs dərslərə “wifi” ilə qoşuldu. Lakin bizim dərslərə qoşulmaq üçün ya telefonumuz ya da “wifi”mız olmadı. Uşaqlar dərsdən geri qalmasın deyə məktəblə əlaqə qura bilmirdik. İndi də müəllimələri koronavirusa yoluxub deyə 10 gündür uşaqlar evdədir və dərslərə qoşula bilmirlər. Nə olar ki kasıb olanda? Mən də istəyirəm uşağım təhsil alsın, alitəhsilli olsun”.
Osmanova Gözəl həmçinin bildirib ki, evin ən qiymətli əşyası nisyə dəftəridir. Onu evin girişindən asırlar.
Qeyd edək ki, ailənin başçısı Osmanov Akif vərəm xəstəliyindən əziyyət çəkir. O, ikinci qrup əlildir.
Kömək etmək istəyənlər üçün əlaqə nömrəsi: 050-738-63-79






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram