Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"İnsanlarımız bizim o rejissorları tanımır və xatırlamırlar"

22-11-2021, 17:31

"İnsanlarımız bizim o rejissorları tanımır və xatırlamırlar"

DogruXeber.az: - “Rasim Ocaqovun filmləri Azərbaycanın tarixidir. Çox önəmli filmləri var, istedadlı adam idi. Sovet kinematoqrafiyasında hər respublikanın belə uğrulu rejissorları yox idi. Ona görə də biz onunla fəxr etməliyik. Azərbaycanın 15 respublika içərisində filmlərinə görə müəyyən yeri var idi və bunun da səbəbi Rasim Ocaqov kimi rejissorların olması idi”.

Bunu Moderator.az-a açıqlamasında aktyor Kamran Həsənli Xalq artisti Rasim Ocaqov haqqında danışarkən deyib. Onun sözlərinə görə, bu gün çəkilən filmlərimiz o səviyyədə deyil:

“Təəssüf ki, insanlar tərəfindən o, heç də xatırlanmır. Küçədə sorğu keçirsəniz, görərsiniz ki, 98 faiz insanlar Rasim Ocaqovu tanımayacaqlar. Çünki film sənayesi elə bir şeydir ki, gərək onun arası kəsilməsin. Bizdə isə bu ara kəsilib, bu gün Azərbaycan filmləri yoxdur. Varsa da, çox istedadsız, olduqca zəifdir. Yəni insanlarımız türk seriallarına baxırlar. Bu pis deyil, amma onlar çox irəli gediblər. Azərbaycanın 60-70-ci illərindəki filmləriylə qardaş Türkiyənin filmlərini müqayisə edin və görün bizim filmlərimiz hansı səviyyədə idi. Rasim Ocaqovun filmləri və “Şərikli çörək”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Yeddi oğul istərəm” və sair. Bir sözlə, çox qüdrətli filmlərimiz var idi. Onda isə Türkiyə filmləri zəif idi. Amma indi onların filmləriylə bizim filmləri müqayisə edin və görün hardan hara gəlib düşmüşük. Ona görə də insanlarımız bizim o rejissorları tanımır və xatırlamırlar”.

Qeyd edək ki, bu gün Xalq artisti, kinorejissor Rasim Ocaqovun ad günüdür. O, 1933-ci il noyabrın 22-də Şəkidə anadan olub. 2006-ci il iyulun 11-də vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram