Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ÜST vaxtı bitmiş vaksini insanlara niyə vurdurur? - BÖYÜK NARAHATLIQ

22-11-2021, 18:08

ÜST vaxtı bitmiş vaksini insanlara niyə vurdurur? - BÖYÜK NARAHATLIQ

DogruXeber.az: - Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərib. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, məktuba əsasən “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar hazırda ölkəmizdə istifadə olunan “Pfizer/Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir. Nazirliyin son açıqlamasında da məlum olduğu kimi, sözügedən vaksinin müddəti uzadılıb.

Qeyd edək ki, artıq dəfələrlə sosial şəbəkələrdə "Pfizer" vurdurmaq istəyən vətandaşlar onlara vaxtı keçmiş vaksinin vurulmasının təklif edildiyini deyiblər. Vətəndaşlara bildirilib ki, həmin vaksinin müddəti keçsə də, zərərsizdir. Tibb işçiləri həmin insanlara vurulacaq vaksinin heç bir fəsadı ilə qarşılaşmayacaqlarını vəd ediblər. Şeçim azadlığı isə vətəndaşın öhdəsinə buraxılıb. Səhiyyə Nazirliyinin açıqlamasında isə ÜST-n rəyinin nəzərə alınığı qeyd olunur.

Təbii ki, bu da narahatlıqları tam aradan qaldırmır. Bizi düşündürən sual isə bundan ibarətdir ki, istehsalı Azərbaycanda olmayan vaksinin müddəti ÜST-ün bircə rəyi ilə uzatmaq doğrudur?

Xüsusilə də peyvəndlərin yan təsirləri barədə narahatlıq olduğu bir zamanda müddəti uzadılan vaksinlərin istifadəsi əlavə problemlər yaratmayacaq ki?

Bundan başqa, xüsusilə buster doza olaraq “Pfizer” seçən insanlar üçün bu xəbərin psixoloji təsirini də unutmaq olmaz.

Mövzu ilə bağlı Cebhe.info-ya həkim-farmokoloq Aydın Əliyev danışıb. O, ÜST-ün bu yükü öz çiyninə götürdüyünu deyib:

"Yəqin ki, təşkilatın, dərman administrasiyasının peyvəndin vaxtını uzatmaq imkanı olduğuna görə vaksinin keyfiyyətinin müəyyən dərəcədə qaldığına təminat verib. Təbii ki, məsələdəki narahatlıq da başadüşüləndir. Çünki "Pfizer"dən gələn il də istifadə olunacaq. Virus bizimlə bir müddət gedəcək. Peyvəndlər dərman maddəsinin bir formasıdır".

Həkimin sözlərinə görə, vaksinin istifadəsi yanvar ayından sonra da nəzərdə tutulduğuna görə, hətta, altı ay artırılıbsa belə, vaxtı keçmiş vaksinin insanlara vurulması fikrinin insanları narahat etməsi normaldır, onlar haqlıdırlar:

"Vaksinin altı ay müddəti artırılıbsa, yük, məsuliyyət Ümumdünya Səhiyyə Təşkilatının üzərindədir. ÜST açıq qərarla vaxtı keçmiş maddənin insan bədəninə yeridilməsinə qərar verə bilməz".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram