Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Dövlətdən kirayə pulu alan deputatın qayınatası oliqarx çıxdı

23-11-2021, 01:59

Dövlətdən kirayə pulu alan deputatın qayınatası oliqarx çıxdı

Dövlətdən kirayə pulu alan Milli Məclisin deputatlarının adları açıqlanıb. Siyahıda 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilmiş Anar Məmmədovun da adı yer alır.

DogruXeber.az xəbər verir ki, Qlobal.az deputat Anar Məmmədov barəsində maraqlı məlumat əldə edib.

Məlumata görə rəsmi olaraq kirayədə yaşadığı qeyd edilən deputat Anar Məmmədov ölkənin oliqarxlarından biri olan, sabiq nazir Ziya Məmmədovun şəriki, tikinti maqnatı Qulam Ələkbərovun kürəkənidir. Anar Məmmədovun bir müddət qayınatası Qulam Ələkbərovun tikinti şirkətlərinə rəhbərlik etdiyi deyilir. Deputatın məhz bu amilə, qaynatasının tikinti şirkətlərinə nəzarət etdiyinə görə, nəqliyyat və hüquq üzrə aldığı təhsildən sonra 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olduğu deyilir.

Qulam Ələkbərovun tikinti şirkəti Ziya Məmmədov Nəqliyyat naziri vəzifəsində çalışarkən ən iri layihələrin icraçısı olub.

Belə ki, Bakı şəhərinin girişində fəaliyyət göstərən “Meyvəli bazarı”nın, Füzuli meydanında və 28 may metrosunun qarşısında olan tunellərdəki ticarət mərkəzlərinin, 28 may metrosu ilə üz-üzə olan hündürmərtəbəli yaşayış binasının tikinti işlərini Qulam Ələkbərovun şirkəti həyata keçirib.

Bakı şəhərində çoxsaylı daşınmaz əmlkları olan Qulam Ələkbərovun Ukrayna və Rusiyada da böyük biznesinin olduğu deyilir.

Qeyd edək ki, dövlət hər ay kirayədə yaşayan deputatlara 220 manat pul ödəyir.
Redaksiyamıza hər kəsin söz haqqını tanıyır:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram