Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gəncədə yeni “ərəbzəngi”lər peyda olub

20-11-2021, 10:30

Gəncədə yeni “ərəbzəngi”lər peyda olub

DogruXeber.az: - Xatırladaq ki, bu ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat oldu. Daxili İşlər naziri Vilayət Eyvazovun əmriylə polis mayoru Eldəniz Həsənov Gəncə şəhər DYPŞ-nin rəisi vəzifəsinə təyin edildi. O, buna qədər Qazax və Göygöl DYPB-nin rəisi vəzifələrində işləmişdi. Qeyd edək ki, GŞBPİ-nin DYP Şöbəsinin keçmiş rəisi Rəhim Zalov idi. Belə ki, Rəhim Zalov hər əməkdaşa gündəlik 30 cərimə protokolunu doldurmağı və 10-a yaxın maşını cərimə meydançasına gətirilməsini tapşırırdı və rəisin bu tapşırığını icra etməyən yol polisi əməkdaşları ya maaşlarından olurdular, ya da ki, daha ağır cəzalandırılırdılar. R.Zalovun oğlu Ramin də “Niva” və “Toyota Prado” markalı avtomobillə Gəncədə avtoşluq etməsiylə ad çıxarmışdı. Yeni rəis də Gəncədə Rəhim Zalovdan geri qalmayan qanunsuz işlər görməkdədir.
Bundan əvvəl hələ 2018-ci ildə Qazaxda Ramiz Qasımovun yerinə polis kapitanı Eldəniz Həsənov təyinat alandan sonra da onun hərəkətləri rayonda yaşayan və qonaq gələn sürücülərin qəzəbinə səbəb olmuşdu. DYP əməkdaşları sürücüləri istədiyi yerdə saxlayır, təhdid edir, üstəlik kobud davranırmışlar. Hətta bir dəfə ermənilərlə həmsərhəd yüksəklikdən enən Qazaxdakı “N” saylı hərbi hissənin komandirini qanunsuz saxlayan yol polisi rəisi, deyilənə görə komandirin acıqlı vaxtına düşərək sillələnibmiş. Bundan əlavə Qazaxda işləyən vaxt Həsənov Eldəniz Maksim oğlu və qardaşı Vladımin ona saxta sənəd düzəltmələri ilə bağlı Rövşən adlı jurnalist hüquq-mühafizə orqanlarına şikayətlər etmişdi.
Yuxarıda qeyd etdiklərimizi ona görə sadaladıq ki, E.Həsənov və Gəncə DYP əməkdaşlarından indi də şəhər sakinləri ciddi narazılıq edirlər. Aktualxeber.az-a müraciət edən sakinlər əsasən 99YP224 dövlət qeydiyyat nişanlı YPX avtomobilindən şikayətçidirlər. Belə ki, həmin avtomobillə şəhərdə açıq-aşkar rüşvət yığan Nural Əlizadə və Xəyyam Əsgərov adlı YPX əməkdaşlarının əlindən Gəncə sakinləri dad edirlər. Ötən il Zabitlər Evinin yaxınlığındakı “Tombik” restoranının qarşısında bir nəfər sürücünü döydüyünə görə xidmətdən kənarlaşdırılan N.Əlizadə havadarlarının vasitəsilə yenidən işinə bərpa oluna bilmişdir. Sürücülərin dediyinə görə onlara özbaşınalıq edərək rüşvət almağa birbaşa Eldəniz Həsənov icazə vermişdir. Ümidvarıq ki, bizim bu yazımızdan sonra əlaqədar orqanlar vaxtında lazımi ölçü götürərək polis adına ləkə gətirən belə şəxsləri cəzalandıracaqdır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.//aktualxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram