Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Uşaq verilişləri qalmaqallı, “dingiş” verilişlər qədər reytinq gətirmir"

23-11-2021, 13:35

“Uşaq verilişləri qalmaqallı, “dingiş” verilişlər qədər reytinq gətirmir"

DogruXeber.az: - “İndi efirlərdə, telekanallarda uşaq verilişlərinin olmamasının bir neçə səbəbləri var. Ən böyük səbəbi odur ki, televiziyalarda uşaq pxiologiyasına bələd olan rejissor, ssenarist yoxdur. İkinci səbəblərdən biri də odur ki, uşaq verilişləri qalmaqallı, “dingiş” verilişlər qədər reytinq gətirmir. İndi televiziyalar reytinq xətrinə işləyr. Təki reyting, qalamaqal, mənasız söhbətlər olsun”.

Bu sözləri bir zamanlar “Sehirli güzgü” verilişinin Tofiq əmisi kimi tanınan illuzionist Tofiq İsgəndərli Moderator.az-a açıqlamasında bildirib:

“Mən demirəm ki, bütün verilişlərimiz belədir, xeyr. Televiziyalarda normal, gözəl bəyənilən maarifləndirici verilişlər var. Televiziya işçilərinin hamısı reytinq xətrinə işləyən deyillər, amma... Bəlkə də uşaqlar üçün maraqlı layihələr etmək istəyənlər var, amma onlara mane olurlar. Əminəm ki, yaxşı uşaq verilişi hazırlansa bütün uşaqlar ona baxacaq. İndi deyirlər ki, müasir dövrdür, bu günün uşaqları “Youtube”, “Facebook”-a baxır. İndiki uşaqlar əvvəlki kimi deyil, müasir uşaqlar primitiv verilişlərə baxmır və sair.

Necə baxmır, axı xarici kanallarda elə uşaq verilişləri var ki, böyüklər də oturub ona baxıb zövq alır. Hətta o qədər maraqlı hazırlayırlar ki, mən özüm də oturub baxıram.

Özəl televiziyaların əksəriyyəti sponsorlu verilişlər axtarır ki, o layihə pul gətirsin və onunla televiziya dolansın. Amma uşaq verilişlərinə də sponsor tapmaq olar. O qədər xeyirxah insanlar var ki, onlar böyük məmnuniyyətlə o pulu uşaqlar üçün xərcləyərlər. Sadəcə istəmək lazımdır. Ancaq indi istəmək də kifayət etmir, çünki reytinq dalınca düşənlər o insanlara mane olurlar”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram