Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Neftçilər Xəstəxanasında QARA MÜHASİBATLIQ - İDDİA

24-11-2021, 10:48

Neftçilər Xəstəxanasında QARA MÜHASİBATLIQ - İDDİA

DogruXeber.az: - Mərkəzi Neftçilər Xəstəxanasının saytında ( mnx.az ) oxuyuruq:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası əvvəlcə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi adlanırdı və 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir neçə il sonra xəstəxananın yeni korpusları tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edildi. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib.
Bax, burada Kərəmi ağlamaq tutur.
Necə yəni Avropanın istənilən müasir klinikası ilə rəqabət-filan…
Adama deyərlər avazın yaxşı gəlir, amma…
Əmması odur ki, bu xəstəxanada həmişə “bespredel” olub.
Belə ki, 2-3 ildən bir, bəzən 1 ildə 2 dəfə bu xəstəxananın baş həkimi, direktoru dəyişir.
Belə olan halda bu xəstəxana hansı nüfuzdan, reytinqdən, Allah qoymasa, Avropa standartından danışa bilər…
Nazirin qulağına kimsə nəsə deyir, bir həftədən sonra Qubadan birini gətirib qoyurlar Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim və 3 aydan sonra çıxardırlar, başqa baş həkim tapırlar…
Bu əsl rüsvayçılıqdır. Hətta deputatlardan biri ironiya ilə deyib ki, Neft şirkətindən, neftçilərdən birini gətirib qoysunlar baş həkim, bəlkə xəstəxana düzələ…
Bir sözlə, xəstəxananın saytında bər-bəzəkli reklama baxmayaraq Mərkəzi Neftçilər Xəstəxanasında hər şey bərbad vəziyyətdədir.
TƏBİB-in rəhbəri Ramin Bayramlı istefaya getməzdən öncə, dostu Musa Abbasovu xəstəxanaya baş direktor, onun dostu Hüseyn Şahmalıyevi isə müavin təyin etdi.
Amma bu təyinatlardan keçən 1 ildən artıq vaxtda heç nə dəyişmədi. Əslində dəyişdi, pisliyə doğru.
Bəli, bu xəstəxanada neftçilərdən çox başqa şəxslərə xidmət edirlər. Amma tibbi xidmət səviyyəsi də çox aşağıdır.
Biz media olaraq bu xəstəxanada baş verən qanunsuzluqlardan, qiymətlərin kəllə-çarxa qalxmasından, ölüm hallarının çox olmasından dəfələrlə yazmışıq.
Hətta xəstəxananın vergidən külli miqdarda yayınmasından da bəhs etmişik.
Belə ki, xəstəxanada kağız üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda tam fərqlidir.
Yəni külli miqdarda vergidən yayınma var.
Bəs dövlət qurumları niyə tədbir görmür ?
Bu sualın cavabını biz də bilmirik.
Bu xəstəxanada tibbi xidmətlərin haqqı ildə ən azı 2-3 dəfə artırılır.
Təsəvvür edirsiniz, xəstənin qəbulu zamanı 1800 AZN depozit qoyulmalıdır. Adama deyərlər ki, nə qulluq elədin ki, çatan kimi 1800 manat alırsan…
Hətta sosial şəbəkələrdə xəstə sahibləri yazır ki, doğmalarınızı bu xəstəxanaya etibar etməyin…
Mediada tez-tez belə başlıqlara rast gəlirik: “ Neftçilər xəstəxanası yenə can aldı”.
Bəlkə, jurnalist həmkarımızın başına bu xəstəxanada açılan oyunları yada salaq..?
Neftçilər xəstəxanasının baş direktoru Musa Abbasov və onun komandası üçün xəstənin canı cəhənnəmlikdir.
Burada Covid xəstələrinə qarşı baxımsızlıq, səhlənkarlıq var. Antibiotiklərdən boş yerə o qədər vururlar ki, hətta sağlam adamın qara ciyəri, böyrəyi sıradan çıxır. Baş direktor Musa ancaq pul qazanmaqla məşğul olur…
Bunu təkcə jurnalist həmkarımız demir.
Gundəlik-Bakıya bu gün daxil olan məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasında elementar havalandırma sistemi yoxdur, xəstələr boğulur.
Bu vəziyyətdə xəstə 100 faiz ölümə məhkumdur.
Məlumatdan o da bəlli olur ki, Mərkəzi Neftçilər Xəstəxanasında oksigen balonları da yoxdur.
Bəs belə olan halda bu xəstəxana covid xəstələrinə necə tibbi xidmət göstərə bilər, ay Musa ?
Bütün bunlar azmış kimi, məlumatlı mənbə qeyd edir ki, xəstələrin yatdığı yataq dəstləri bəlkə də 10 ildir təzələnmir, hamısı çirk içində, köhnə, nimdaş döşəklər, mələfələr, odeyallar, adam iyrənir.
Burada xəstəni müalicə etmək deyil, ancaq şikəst etmək olar.
Ancaq pul məsələsinə gələndə, xəstələrdən böyük məbləğdə pul alırlar, heç çek də vermirlər.
Xəstələrə verilən yemək və qidanın keyfiyyətindən isə heç danışmağa dəyməz.
Həkim kontingenti isə sanki cəllada bənzəyirlər.
Sözün qısası, təzə baş direktor Musa Abbasov sanki əzrayıl kimi xəstəxananın qapısını kəsdirib, növbəti qurbanı gözləyir…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Növbəti sayımızda yumşaq mebellər və gəlir hara gedir yazısı dərc olunacaq. //gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram